Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonunda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 23-də baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü İlkin həmin gün saat 18 radələrində yaşadıqları evin qarşısında həyat yoldaşı Nərminənin (adlar şərtidir – red.) ona spirtli içkili qəbul etməsi ilə bağlı irad bildirməsi ilə bağlı mübahisə edib. Bu zaman İlkin əlində olan məişət çəkicini Nərminənin sol ayağının topuq nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən İlkinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə ilə təxminən 15 ildir rəsmi nikah münasibətlərindədir və birgə nikahlarından bir azyaşlı oğulları var: “Mən son zamanlar mütəmadi olaraq spirtli içki qəbul etdiyimə görə aramızda dəfələrlə ailə münaqişəmiz zəminində sözlü mübahisələrimiz baş verdi. Həyat yoldaşım Nərminə mənim spirtli içki qəbul etməyimə qarşı çıxdığından, özüm isə bununla razılaşmadığımdan aramızda mübahisələr yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə oktyabrın 23-də, təxminən saat 18:00-da baş verib: “Spirtli içkinin təsiri altında yaşadığımız evin həyətinə giriş qapısının qarşısında əlimdə məişət çəkici ilə iş gördüyüm vaxt Nərminə spirtli içkili olmam ilə bağlı irad bildirdi və evin həyətinə daxil olmaq istədi. Mən isə ona evə daxil olacağı təqdirdə əlimdə olan məişət çəkici ilə ona xəsarət yetirəcəyimi bildirdim. Buna baxmayaraq, Nərminə mənim dediklərimə məhəl qoymadı və həyətə daxil oldu. Mən əlimdəki məişət çəkicini həyat yoldaşımın istiqamətinə atdım. Nəticədə məişət çəkici öncə yerə, sonra isə Nərminənin sol ayağının topuq nahiyəsinə dəydi, onun ayağından qan axdı. Mən baş vermiş hadisə ilə bağlı həyat yoldaşımdan dəfələrlə üzr istəsəm də, Nərminə evi tərk etdi”.
Məhkəmə iclasında zərərçəkmiş şəxs yazılı ərizə təqdim edib və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ərinə qarşı şikayəti olmadığını bildirib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 23-də baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü İlkin həmin gün saat 18 radələrində yaşadıqları evin qarşısında həyat yoldaşı Nərminənin (adlar şərtidir – red.) ona spirtli içkili qəbul etməsi ilə bağlı irad bildirməsi ilə bağlı mübahisə edib. Bu zaman İlkin əlində olan məişət çəkicini Nərminənin sol ayağının topuq nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.