Icma.az
close
up
RU
Arvadını çəkiclə döydü Dəfələrlə üzr istəsəm də, Nərminə evi tərk etdi

Arvadını çəkiclə döydü Dəfələrlə üzr istəsəm də, Nərminə evi tərk etdi

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 23-də baş verib. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü İlkin həmin gün saat 18 radələrində yaşadıqları evin qarşısında həyat yoldaşı Nərminənin (adlar şərtidir – red.) ona spirtli içkili qəbul etməsi ilə bağlı irad bildirməsi ilə bağlı mübahisə edib. Bu zaman İlkin əlində olan məişət çəkicini Nərminənin sol ayağının topuq nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən İlkinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə ilə təxminən 15 ildir rəsmi nikah münasibətlərindədir və birgə nikahlarından bir azyaşlı oğulları var: “Mən son zamanlar mütəmadi olaraq spirtli içki qəbul etdiyimə görə aramızda dəfələrlə ailə münaqişəmiz zəminində sözlü mübahisələrimiz baş verdi. Həyat yoldaşım Nərminə mənim spirtli içki qəbul etməyimə qarşı çıxdığından, özüm isə bununla razılaşmadığımdan aramızda mübahisələr yaranıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə oktyabrın 23-də, təxminən saat 18:00-da baş verib: “Spirtli içkinin təsiri altında yaşadığımız evin həyətinə giriş qapısının qarşısında əlimdə məişət çəkici ilə iş gördüyüm vaxt Nərminə spirtli içkili olmam ilə bağlı irad bildirdi və evin həyətinə daxil olmaq istədi. Mən isə ona evə daxil olacağı təqdirdə əlimdə olan məişət çəkici ilə ona xəsarət yetirəcəyimi bildirdim. Buna baxmayaraq, Nərminə mənim dediklərimə məhəl qoymadı və həyətə daxil oldu. Mən əlimdəki məişət çəkicini həyat yoldaşımın istiqamətinə atdım. Nəticədə məişət çəkici öncə yerə, sonra isə Nərminənin sol ayağının topuq nahiyəsinə dəydi, onun ayağından qan axdı. Mən baş vermiş hadisə ilə bağlı həyat yoldaşımdan dəfələrlə üzr istəsəm də, Nərminə evi tərk etdi”. 
Məhkəmə iclasında zərərçəkmiş şəxs yazılı ərizə təqdim edib və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ərinə qarşı şikayəti olmadığını bildirib. 
Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Yanvar 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri