Icma.az, Axar.az portalına istinadən məlumat verir. Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Aygün Elşan qızı Vəliyevanı qətlə yetirən əri
Qətli törədən 34 yaşlı Elçin Rafael oğlu Əliyevdir. Axar.az Müsavat-a istinadən xəbər verir ki, Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurub
Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb.
Sonra qohumların müdaxiləsi, istəyi ilə Aygün yenidən evə qayıdıb.
Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün İnstaqram hesabında falçı ilə yazışması olub.
Həmin səhifə “baxici.nur_” adlı ilə İnstaqramda qeydiyyatdan keçib.
Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb.
Buna görə İnstaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib.