Icma.az
close
up
RU
Arvadının falçı ilə yazışmasını görən ər onu öldürdü Təfərrüat

Arvadının falçı ilə yazışmasını görən ər onu öldürdü Təfərrüat

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Aygün Elşan qızı Vəliyevanı qətlə yetirən ərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qətli törədən 34 yaşlı Elçin Rafael oğlu Əliyevdir.

Axar.az Müsavat-a istinadən xəbər verir ki, Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurublar. Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb. Sonra qohumların müdaxiləsi, istəyi ilə Aygün yenidən evə qayıdıb.

Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün İnstaqram hesabında falçı ilə yazışması olub. Həmin səhifə “baxici.nur_” adlı ilə İnstaqramda qeydiyyatdan keçib.

Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb. Buna görə İnstaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib. Aygün hətta boşanacağı halda birlikdə yaşamaq istədiyi şəxslə bağlı da falçıdan məlumat öyrənib. Bu yazışmaları Elçin görüb və bundan sonra qətl hadisəsi baş verib.

Elçin ov bıçağı alaraq Aygünün atasının evinə gedib. Həmin vaxt evdə Aygünün anası da olub. Elçin əlində bıçaqla evə daxil olan zaman Aygünün anası qonşuları çağırmağa gedib. Qonşular gələnə qədər Elçin başqasının mənzil toxunulmazlığını pozaraq zorla evə daxil olub və çoxsaylı bıçaq zərbələri ilə Aygünü qətlə yetirib.

Elçin özünü qismən təqsirli bilib və deyib ki, Aygünü öldürməsinin səbəbi qısqanclıq olub. O, Aygünün yazışmalarını gördüyünü, bunu ailəsinin və özünün adına ləkə kimi qəbul etdiyini deyib.

Məlum olub ki, Elçin hadisədən əvvəl Aygünün tanış olduğu şəxslə də əlaqə saxlayıb. Onunla görüşmək istəsə də sonradan fikrindən daşınıb. Buna səbəb isə Aygünün həmin şəxslə könüllü danışması olub.

“Aygünün telefonuna sosial şəbəkə proqramları yüklədiyini gördüm. Birlikdə yaşadığımız müddətdə Aygünə sosial şəbəkələrdən istifadə etməyə icazə vermirdim. Həmin sosial şəbəkə hesablarına baxanda Aygünün falçı ilə yazışdığını, falçıya boşanmaq istədiyini yazdığını gördüm. Falçıdan başqa bir şəxslə münasibətinin gələcəkdə necə nəticələnəcəyini soruşurdu. Mesajları görəndən sonra pis vəziyyətə düşdüm. Təcili tibbi yardım gəlib mənə iynə vurdu. Həmin vaxt valideynlərim onu Aygünə yaxın getməyə qoymadılar. Səhər atamgil həmin mesajları Aygünün valideynlərinə göstərdilər. Aygünün valideynləri bu məsələnin şər və böhtan olduğunu dedilər. Bıçağı Aygünü qorxutmaq üçün götürmüşdüm. Amma evə girəndə Aygünün dediyi sözlər, etdiyi hərəkətlər yadıma düşdü. Özümü saxlaya bilmədim”- deyə Elçin ifadəsinə əlavə edib.

Elçin qeyd edib ki, özünü xüsusi amansızlıqla qəsdən adam öldürməkdə günahkar bilmir. Onun sözlərinə görə, Aygünü öldürən zaman anası hadisəni görməyib.

Məhkəmə araşdırması zamanı Aygünün anası da ifadə verib. Deyib ki, qızı ailə həyatı qurduqdan sonra Elçin tərəfindən dəfələrlə səbəbsiz yerə döyülüb, işgəncələrə məruz qalıb. Ana qızının ata evinə gəldiyini, bundan sonra Elçinin atasının, qohumlarının xahişi ilə geri qayıtdığını deyib. Hadisədən bir neçə gün əvvəl də Aygün atasının evində olub. Elçinin atası Aygüngilin evinə gedərək oğlunun peşman olduğunu deyib və gəlinin geri qayıtmasını istəyib.

Aygünün anası deyib ki, Elçinin əlində bıçaq görəndə qonşuları köməyə çağırmağa gedib. Qayıdanda isə artıq Elçin Aygünü bıçaqlayıbmış.

Elçinin əlindən bıçağı qonşuların aldığı deyilsə də birinci bununla razılaşmayıb. Elçin deyib ki, bıçağın əlindən düşməsinə səbəb sümüyə dəyməsi olub.

Mərhum Aygünün İnstaqramda falçı ilə yazışmalarından onun Elçinlə münasibətlərinin necə olması üzə çıxıb.

Aygün falçıya yazdığı mesajlarda illərdir döyüldüyünü, işgəncələrə məruz qaldığını, əsəbdən xəstəlik tapdığını deyib. Aygün falçıya yazdığı mesajlarda uşaqlarının zorla əlindən alındığını da bildirib.

“Mən uşaqlarımı gözümdən bir saniyə kənara qoyan adam deyiləm. Çox israr etdilər atasının yanına göndərdim. İndi uşaqları qaytarmırlar. Deyirlər ki, uşaqları görmək istəyirəmsə, geri qayıtmalıyam”- deyə Aygün falçıya yazdığı mesajda qeyd edib.

Məhkəmə araşdırması zamanı Aygünün anası hazırda uşaqların Elçinin valideynlərində qalmasına etiraz etdiyini deyib. Bildirib ki, nəvələrinin qatilin ailəsi ilə birlikdə yaşaması doğru deyil.

Elçin törətdiyi əməllərə görə cəzalandırılıb. Hökmə əsasən Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 157.1 (mənzil toxunulmazlığı) və 228.4-cü (qanunsuz olaraq silah saxla) maddələri ilə ittiham irəli sürülmüşdü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri