Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Arxeologiya tarix elmində çevriliş etdi.
Teleskop astronomun görüş dairəsini genişləndirdiyi dərəcədə arxeologiya da tarix elminin üfüq sahəsini genişləndirdi.
Mikroskop biologiya üçün böyük orqanizmin daxilində ən kiçik hüceyrələrin həyatının olduğunu açdığı kimi, arxeologiya da tarix üçün keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırdı”.
Qordon Çayld Arxeologiya nədir? “Arxeologiya” “arxayos”- qədim, “loqos” - elm mənasını bildirən iki yunan sözünün birləşməsindən əmələ gəlib
Amma arxeologiyanın bir elm olaraq yaranma tarixi o qədər də qədim deyil.
Başqa sözlə, arxeologiya tarixin nisbətən son dönəmində yaranan və çox sürətlə inkişaf edən elm sahələrindəndir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində arxeologiyanın bir elm olaraq məhz hansı elmlər qrupuna aid edildiyi hələ də polemika mövzusu idi.
Bəziləri onu antropologiya ilə birlikdə bioloji elmlər qrupuna, digərləri isə incəsənət tarixi ilə birlikdə incəsənət elmləri qrupuna aid edirdilər.