Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Arxeoloji tədqiqatlar: ənənəvi yanaşmalar, yeni çağırışlar

Arxeoloji tədqiqatlar: ənənəvi yanaşmalar, yeni çağırışlar

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Arxeologiya tarix elmində çevriliş etdi. Teleskop astronomun görüş dairəsini genişləndirdiyi dərəcədə arxeologiya da tarix elminin üfüq sahəsini genişləndirdi. Mikroskop biologiya üçün böyük orqanizmin daxilində ən kiçik hüceyrələrin həyatının olduğunu açdığı kimi, arxeologiya da tarix üçün keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırdı”.

Qordon Çayld

Arxeologiya nədir?

“Arxeologiya” “arxayos”- qədim, “loqos” - elm mənasını bildirən iki yunan sözünün birləşməsindən əmələ gəlib və qədim tarixi öyrənən elm deməkdir. Amma arxeologiyanın bir elm olaraq yaranma tarixi o qədər də qədim deyil. Başqa sözlə, arxeologiya tarixin nisbətən son dönəmində yaranan və çox sürətlə inkişaf edən elm sahələrindəndir. XIX əsrin sonu - XX əsrin əvvəllərində arxeologiyanın bir elm olaraq məhz hansı elmlər qrupuna aid edildiyi hələ də polemika mövzusu idi. Bəziləri onu antropologiya ilə birlikdə bioloji elmlər qrupuna, digərləri isə incəsənət tarixi ilə birlikdə incəsənət elmləri qrupuna aid edirdilər. Arxeologiyanın dəqiq və ya humanitar elmlər qrupuna aidliyi ətrafında diskussiya açanlar da az olmayıb. Amma hər cür fikir ayrılıqlarına rəğmən son və qəti sözü də elə arxeoloqlar özləri dedilər. Yəni, dünyanın ayrı-ayrı nöqtələrində arxeoloji tədqiqatlar elə vüsət aldı ki, artıq bu elmin ictimai elmlər sırasındakı yeri daha heç kəs üçün polemika mövzusu olmadı.

Maddi qaynaqlar

Məlum olduğu kimi, bəşər tarixi iki qrupdan olan mənbələr əsasında öyrənilir: 1. Maddi mədəniyyət nümunələri. 2. Yazılı mənbələr. Maddi mədəniyyət nümunələri o mənbələrdir ki, məhz onlar əsasında arxeoloqlar tarixi öyrənirlər. Xatırladaq ki, yazılı mənbələr əsasında ən yaxşı halda bəşəriyyətin son 5000 illik tarixinin (Misir yazılarından sonrakı dövr nəzərdə tutulur) yalnız müəyyən məqamlarını öyrənmək mümkündür. Əslində, hətta yazılı mənbələrin bol olduğu dövrlərin tarixinin öyrənilməsində də maddi qaynaqların geniş surətdə tədqiqata cəlb olunması qaçılmazdır. Yəni, biz yazılı qaynaqlar əsasında Azərbaycan tarixinin olsa-olsa, son 2000 illik tarixini qismən öyrənə bilərik. Nəzərə alaq ki, yazılı mənbələrdəki bir sıra məlumatların özü də kifayət qədər səhih deyil. Məsələn, Strabon yazırdı ki, indiki azərbaycanlıların ulu əcdadları olan albanlar pul tanımır və guya ki,  ticarətdə puldan istifadə etmirdilər. Lakin Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı alban abidələrindən çoxsaylı sikkə nümunələri tapıldı. Hansı ki, onlar içərisində dünyanın ayrı-ayrı ölkələrində və şəhərlərində zərb olunmuş pullarla yanaşı, çoxsaylı yerli alban pulları da vardır. Bu isə o deməkdir ki, əcdadlarımız olan albanlar nəinki pul tanıyırdı, hətta onların özlərinin zərb etdiyi pullar da tarixi reallıqdır.

Yazılı mənbələrin nisbətən daha geniş yayıldığı orta əsrlər dövrünün tarixini də arxeoloji materiallarsız tam və əhatəli şəkildə öyrənmək mümkün deyil. Yəni, arxeoloji tədqiqatlar olmadan əsrlər boyu xalqların iqtisadi, siyasi və mədəni həyatında olduqca mühüm iştirakı olan, bir çox iri hərbi əməliyyatlara şahidlik etmiş şəhər və qalalarımızın tarixini necə və hansı səviyyədə öyrənə bilərdik?!

Nəhayət, belə bir məqamı da qeyd edək ki, əsrlər boyu torpaq altında yatan qədim yazılı mənbələrin bir çox nümunələri də məhz arxeoloji tədqiqatlar zamanı tapılaraq elmi dövriyyəyə gətirilib. Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə arxeoloqların taparaq aşkara çıxarmış olduğu çoxsaylı daş, kağız, papirus, gil qablar, dəri və ağac nümunələri üzərində işlənmiş çox qiymətli kitabələr bəşər tarixinin bir sıra mühüm problemlərinin araşdırılmasında, sözün əsl mənasında, açar rolu oynamışdır. Deməli, yazılı mənbələrin mövcud olduğu dövrlərin də tarixini öyrənmək tarixçilərlə yanaşı, həm də arxeoloq alimlərin işidir.

Unudulmuş sahə

45 il öncə elmi rəhbərim, professor Qara Əhmədov dissertasiya mövzusu olaraq Azərbaycanın son orta əsrlər (XIV-XVII əsrlər) keramikasını öyrənməyi mənə tövsiyə edəndə bir çoxları bunu ciddi qəbul etmədi. Onların fikrincə, guya bu dövrün maddi mədəniyyət tarixini araşdırmaq arxeoloqların yox, etnoqrafların işi imiş. Lakin tədricən problemin dərinliklərinə nüfuz edərkən hiss etdim ki, bu sahədə həqiqətən çox ciddi boşluqlar var. Çox keçmədi ki, nəinki postsovet məkanında, hətta Avropanın bir sıra elm mərkəzlərində bu istiqamət prioritet istiqamətlərdən birinə çevrilmiş oldu. Odur ki, 1985-ci ildə Ukrayna Arxeologiya İnstitunun Elmi Şurasında dissertasiyam çox ciddi elmi yenilik kimi qarşılandı. Nəticədə, elmi əsərim təkcə Azərbaycanda deyil, daha geniş coğrafi bir məkanda etalon əsər kimi qəbul olundu.

Ağsu möcüzəsi

2010-2014-cü illərdə Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar apararkən tariximizi dərindən və hərtərəfli öyrənmək yolunda yazılı qaynaqlarla müqayisədə arxeoloji irsin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini və daha geniş imkanlara malik olduğunu bir daha əyani şəkildə görmüş olduq. Hər kəs bir daha hiss etmiş oldu ki, əsası 1734-cü ildə Nadir şah tərəfindən qoyulan və 1806-cı ilədək mövcud olan Ağsu şəhərinin torpaq altında nə qədər sirrləri yatırmış!

Tariximiz qürurumuzdur

Qürurverici haldır ki, Azərbaycan ərazisində yazıya qədərki və ondan sonrakı tariximizin bütün mərhələlərini tam şəkildə özündə yaşadan olduqca çoxsaylı maddi mədəniyyət abidələri şəbəkəsi mövcuddur. Bu, o deməkdir ki, əcdadlarımız Qədim Daş dövründən başlayaraq tarixin bütün sonrakı mərhələlərində də bəşəri sivilizasiyanın parlaq nümunələrindən ibarət olduqca zəngin mədəni irs qoyub getmişlər. Belə bir məqamı da xüsusi olaraq qeyd edək ki, Azərbaycan arxeoloqlarının zaman-zaman aşkarlayaraq tədqiq etmiş olduqları qədim insan düşərgələri və onlardan toplanan çox zəngin maddi mədəniyyət qalıqları təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə ümumdünya tarixinin bir sıra çox mühüm problemlərinin də öyrənilməsində əvəzsiz töhfə kimi dəyərləndirilir.

XX əsrin 50-ci illərinədək Azərbaycan ərazisindəki erkən insan məskənlərinin ən çoxu 4-5 min il yaşı olduğu belə şübhə ilə qarşılanırdı. Başqa sözlə, Azərbaycan ərazisində qədim insan düşərgələrinin olmadığı və burada heç vaxt ibtidai insanların yaşamadığı güman edilirdi. Lakin 50-ci illərdən etibarən istedadlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində bir-birinin ardınca aşkar olunan qədim mağara düşərgələri o vaxtadək güman edilən 4-5 minillik tariximizi birdən-birə 2-2,5 milyon ilədək qədimləşdirməyə imkan verdi. Azərbaycan ərazisində, həm də məhz Azərbaycan alimləri tərəfindən elmə gətirilən “Quruçay”, “Şomutəpə”, “Leylatəpə”, “Kür-Araz”, “Xocalı-Gədəbəy”, “Boyalı qablar”, “Muğan” və bir sıra digər arxeoloji mədəniyyətlər təkcə Azərbaycan alimlərinin deyil, bütövlükdə Qafqaz və ona qonşu olan ölkələrin arxeoloqlarının da sonrakı illərdə aparmış olduqları tədqiqatlar üçün bir növ ipucu oldu.

Fəxr edirik ki, Azərbaycan ərazisi dünyada insanın ilkin olaraq məskunlaşdığı ərazilərdəndir. Fəxr edirik ki, ulu əcdadlarımız minilliklər boyu bu torpaqda məskunlaşaraq dünya mədəniyyəti xəzinəsinə layiqli töhfələr bəxş etmişlər. Bəli, biz ulu, həm də şərəfli tarixi keçmişimizlə fəxr edirik.

Qafar Cəbiyev,

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü

arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor,

əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri