Arxeoloqlar 2300 yaşlı pivə tapdılar

10.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Böyük Çin Səddi yaxınlığında qazıntı işçləri aparan arxeoloqlar 2300 il əvvəl hazırlanmış pivə tapıblar. 

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Journal of Archaeological Science: Reports”da dərc edilib. Ərazidə tapılmış ağzıbağlı qabların birindəki maddəni analiz edən kimyaçılar təəccüblərini gizlətməyiblər: 4 litrə yaxın mayenin tərkibində 2400 üzvi maddə olub. Laboratoriya anlizləri tunc qabda arpa, buğda, maya və müxtəlif turşular aşkar ediblər. Döyüşən çarlıqlar dövrünə (e.ə 445-221) aid maddənin pivə olması heç kimdə şübhə doğurmayıb.

Pivənin dadı indikilərlə müqayisə edilməyəcək dərəcədə turş olub. Ekspertlərin qənaətinə görə bu, uzunmüddətli saxlanmanın nəticəsi də ola bilər. 

Qeyd edək ki, tarixdə ilk alkoqollu içkilər eradan təxminən 7 min əvvəl hazırlanıb. Arpa və buğdadan  hazırlanan pivənin isə yaşı 5 min ildir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью