Arxeoloqlar 2300 yaşlı pivə tapdılar
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Böyük Çin Səddi yaxınlığında qazıntı işçləri aparan arxeoloqlar 2300 il əvvəl hazırlanmış pivə tapıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Journal of Archaeological Science: Reports”da dərc edilib. Ərazidə tapılmış ağzıbağlı qabların birindəki maddəni analiz edən kimyaçılar təəccüblərini gizlətməyiblər: 4 litrə yaxın mayenin tərkibində 2400 üzvi maddə olub. Laboratoriya anlizləri tunc qabda arpa, buğda, maya və müxtəlif turşular aşkar ediblər. Döyüşən çarlıqlar dövrünə (e.ə 445-221) aid maddənin pivə olması heç kimdə şübhə doğurmayıb.
Pivənin dadı indikilərlə müqayisə edilməyəcək dərəcədə turş olub. Ekspertlərin qənaətinə görə bu, uzunmüddətli saxlanmanın nəticəsi də ola bilər.
Qeyd edək ki, tarixdə ilk alkoqollu içkilər eradan təxminən 7 min əvvəl hazırlanıb. Arpa və buğdadan hazırlanan pivənin isə yaşı 5 min ildir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 İyun 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















