Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vüqar Oruc: "Çünki həmin hadisənin özü toy üçün əsas deyil"Müsahibənin əvvəli 9.12.2025-ci il tarixdə dərc edilibNewscenter.az saytının bir müddətdir başladığı "İşdən sonra" layihəsi davam edir.
Ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, cəmiyyətdə xüsusi çəkisi və nüfuzu olan şəxslərlə bir qayda olaraq işdən sonra baş tutan müsahibələrimiz oxucuların geniş marağına səbəb olub.
Bu dəfə "İşdən sonra" Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla söhbətləşdik.-Vüqar bəy, ailəyə, övladlara kifayət qədər vaxt ayıra bilirsiniz?-Çalışıram.
Düzü əvəllər şirkət rəhbəri olarkən buna daha çox vaxt ayıra bilirdim.
Ancaq indi işlərin, üzərimə düşən yüklərin sayı artdıqca qeyd etdiyiniz istiqamətdə vaxt da azalır. Bunu da evdə anlayışla qarşılayırlar.
Bütün halda həftənin bir gününü ailəmlə, övladlarımla keçirirəm.
Eləcə də işdən sonra həftədə 1, yaxud 2 dəfə vaxtımı onlara həsr etməyə çalışıram.