Icma.az
close
up
RU
Arzu edilməyən dəvətlər sünnət toylarıdır

Arzu edilməyən dəvətlər sünnət toylarıdır

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Vüqar Oruc: "Çünki həmin hadisənin özü toy üçün əsas deyil"
Müsahibənin əvvəli 9.12.2025-ci il tarixdə dərc edilib
Newscenter.az saytının bir müddətdir başladığı "İşdən sonra" layihəsi davam edir. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, cəmiyyətdə xüsusi çəkisi və nüfuzu olan şəxslərlə bir qayda olaraq işdən sonra baş tutan müsahibələrimiz oxucuların geniş marağına səbəb olub. Bu dəfə "İşdən sonra" Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla söhbətləşdik.
-Vüqar bəy, ailəyə, övladlara kifayət qədər vaxt ayıra bilirsiniz?
-Çalışıram. Düzü əvəllər şirkət rəhbəri olarkən buna daha çox vaxt ayıra bilirdim. Ancaq indi işlərin, üzərimə düşən yüklərin sayı artdıqca qeyd etdiyiniz istiqamətdə vaxt da azalır. Bunu da evdə anlayışla qarşılayırlar. Bütün halda həftənin bir gününü ailəmlə, övladlarımla keçirirəm. Eləcə də işdən sonra həftədə 1, yaxud 2 dəfə vaxtımı onlara həsr etməyə çalışıram.
-İstər şirkət rəhbəri, istərsə də AQC sədri kimi sizinlə dost olmaq istəyənlərin sayı çoxalmağa başladımı?
-Təbii, onu hiss etdim. Mənim həyatım burulğanlı olub. 2003-cü ildə hamı mənimlə dost olmaq istədiyi halda, 2004-cü ildə zənglərimə cavab vermirdilər. Bu cür situasiyalar artıq məni təəccübləndirmir. Artıq insanların hansı məqsədlə yaxınlaşdığını bilirəm. Ona görə də belə şeyləri normal qarşılayıram. Kimsə şəxsi məqsədləri üçün yaxınlaşsa belə, ona yardımçı olmağa çalışıram. Demək olar ki, mən iki həyat yaşamışam. Bir tərəfdən yaxşı haldır. Bir başqası olsa, bununla qürur duyar. Ancaq mənim üçün bu həm də çətindir. Əvvəlki siyasi həyatımın üzərindən xətt çəkib hər şeyə sıfırdan başlamaq və bu sahədə uğur qazanmaq, üst səviyyə çıxmaq mənim üçün çox çətin oldu. Bəlkə kənardan kiməsə asan görünə bilər. Ancaq bunun üçün enerji, vaxt, güc sərf etməli olmuşam. İndi fəxr edirəm ki, gücümü bu istiqamətə qoydum və özümü doğrultdum.
-Sosial şəbəkələrdən istifadə edirsiniz?
-Vaxt olduqca sosial şəbəkələrdən istifadə etməyə çalışıram. Demək olar ki, sosial şəbəkələrin mütləq əksəriyyətindən istifadə edirəm. İnstaqramı isə o qədər də çox izləmirəm.
-Musiqi dinləməyi sevirsiniz?
-Musiqi zövqüm çox qarışıqdır. Türk arabes mahnılarından tutmuş, simfonik orkestr musiqilərinə qədər hər şey dinləyirəm. Eyni zamanda muğam və saz havaları də dinləməyi xoşlayıram. Ümumiyyətlə, bir istiqamətə üstünlük verən adam deyiləm. Məsələn, Alim Qasımov muğamda dinlədiyim yeganə xanəndədir. Ancaq bu o demək deyil ki, Alim Qasımovdan başqa heç kimi dinləmirəm. Əlbəttə ki, dinləyirəm. Əsasən isə daha çox Alim Qasımova üstünlük verirəm. Motsartı, Ukrayna əsilli Qrinkonu, klassik musiqiləri dinləməyi sevirəm.
-Bəs övladlarınızın toyunda Alim Qasımov, yaxud sevdiyiniz bir digər müğənninin oxumasını istərdinizmi? Daha dəqiq desək onların məclisinizdə oxuması üçün sifariş verərdinizmi? Yoxsa o qədər dəbdəbəyə üstünlük verən deyilsiniz?
-Açığı mən dəbdəbənin vurğunu deyiləm. Kimsə dost olaraq gəlib övladımın toyunda ifa edərsə, əlbəttə ki, bundan xoşhal olaram. Arzu edirəm ki, o vaxta qədər Flora xanım Kərimovanın səhhəti daha da yaxşılaşsın və övladımın toyunda ifa etsin. Flora xanim övladımın toyunda ifa edərsə, bu mənim üçün şərəf olar. Alim Qasımov da həmçinin. Ancaq mən kiminləsə yarışa girib Türkiyədən, yaxud bir başqa ölkədən müğənni gətirmərəm. Əsas toyda kiminsə ifa etməsi deyil. Əsas hadisənin mahiyyətidir. Baş verən hadisənin insanlara verdiyi sevinc payıdır. Ümumiyyətlə, mən toyla bağlı fərqli düşünürəm. Hesab edirəm toy, yaxud Allah göstərməsin, yas mərasimi elə formada olmalıdır ki, həqiqətən ora gələnlər ev sahibin sevinci, yaxud kədəri ilə səmimi olaraq bölüşsünlər.
-Toylara çox dəvət alırsınız?
-Bəli, dəvət alıram. Ən arzu edilməyən dəvətlər də sünnət toylarıdır. Çünki həmin hadisənin özü toy üçün əsas deyil. Bunu xüsusi olaraq qeyd etmək, “artıq kişi oldun”, yaxud “nəslimiz üçün böyük bir hadisədir” kimi təqdimatlar gülüncdür. Belə çıxır ki, dünyanın yarıdan çoxu kişi deyil? Yəni, elementar olaraq məntiqsiz bir yanaşmadır. Ona görə də kimisə narahat etmək, dəvət göndərmək məncə doğru yanaşma deyil. Ancaq digər toylara dəvət olunduqca həmin məclislərdə iştirak etməyə çalışıram.
-Toyda rəqs etməyi sevirsiniz?
-Əlbəttə. Düzdür, yaş tədricən öz sözünü desə də, ancaq daha çox yavaş deyil, oynaq mahnılara rəqs edirəm.
-Yaşdan şikayət etsəniz də, lakin maşallah olsun, heç də yaşlı görünmürsünüz. Belə gənc qalmağınızda idmanın da təsiri varmı? Yəni idmanla məşğul olursunuz?
-Bəli, idmana gedirəm. Bizimki oturaq iş olduğu üçün orqanizmə çox ciddi mənfi təsir göstərir. Bunu konpensasiya etmək üçün dostlarla gəzməyə, eyni zamanda həftədə 2-3 dəfə idman klubuna gedib idmanla məşğul olmağa üstünlük verirəm. Adətən hər dəfə 1 saat, 1 saat yarım idmanla məşğul oluram. Yaş keçdikcə idmanla məşğul olmağın vacibliyini daha çox anlayırıq. Gənclərimizə də idmanla məşğul olmağı tövsiyə edərdim.
-Sevidiyiniz idman növü hansıdır?
-Uşaq vaxtı daha çox futbol və hokkeyi sevirdim. İndi isə daha çox futbola baxıram və bir qədər çılğın azarkeşəm.
-Komandalardan daha çox hansı komandaya azarkeşlik edirsiniz?
-“Qarabağ” və Türkiyənin “Qalatasaray” futbol klublarına. Uşaq vaxtından mən qalatasaraylıyam. Həmin komandanın hər bir oyununu sevə-sevə izləyirəm.
-Futboldan söz düşmüşkən, Azərbaycan futbolunun hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
-Bizdə belə fikir formalaşıb ki, kollektiv oyunu bacarmırıq. Ancaq mən o fikirlər razı deyiləm. Əslində kollektiv oyunu da bacara bilərik. Bizim millətin enerjisi, potensialı buna imkan verir. Hesab edirəm ki, problem uşaq futbolundan qaynaqlanır. Çünki uşaq futbolu lazımı səviyyədə qurulmayıb.
-Mütaliəni sevirsinizmi?
-Bəli. Ancaq son zamanlar oxumaqdan daha çox, onu səsli olaraq dinləməyə üstünlük verirəm. Bu yaxınlarda Çingiz Aytmatov, Tolstoydan əsərlər dinləmişəm. Gözlərimdə bir qədər zəiflik yarandığı üçün oxumaqdan daha çox dinləməyə üstünlük verirəm. Eyni zamanda övladlarıma da mütaliə etməyi tövsiyə edirəm. Bu gün sizinlə normal qaydada danışa bilirksə, bu mütaliənin nəticəsidir. Mütaliə etməyən şəxs nə oxuya, nə də yaza bilir. Ona görə də hesab edirəm ki, vaxtın azlığından asılı olmayaraq hər birimiz mütaliə ilə məşğul olmalıyıq.
-Bəs yerli şair və yazıçılardan kimləri mütaliə edirsiniz?
-Ramiz Rövşən, mərhum Nüsrət Kəsəmənlini daha çox mütaliə edirəm. Həmçinin, Bəxtiyar Vahabzadəni, İlyas Əfəndiyevi, Anarı oxumuşam. Mənim sevdiyim yazıçılardan biri Orxan Pamukdur. Ancaq dünyadakı türk millətçiləri ona qarşıdır. Bir vaxtlar məni qınayırdılar ki, millətçi olduğun halda Orxan Pamuku nə üçün oxuyursan.
-Müasirlərdən?
-Açığı müasirlərdən oxuduqlarım yoxdur. Bir qədər orta nəsildən Əkbər Qoşalını oxuyuram. Son olaraq gənclərimizə məsləhətim odur ki, getdikləri yoldan geri qayıtmasınlar. Öz gücünə, potensialın inanan insan həyatda mütləq nəyəsə nail olacaq.
Süleyman İsmayılbəyli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri