Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. ABŞ prezidenti Donald Tramp yaxın günlərdə "Qızıl günbəz" adlandırılan yeni nəsil rak
Bu sistemin Amerika ərazisini strateji raket təhlükəsindən tam qoruması nəzərdə tutulur.
Qaynarinfo "SlashGear" nəşrinə istinadən xəbər verir ki, qitələrarası ballistik raketləri (QBR) vurmaq nə üçün bu qədər mürəkkəbdir və niyə bu cür müdafiə sistemi doğrudan da "qızıl qiyməti"nə başa gələ bilər.
"Bir ölkə ətrafında ‘qalxan’ yaratmaq cazibədar ideya kimi görünsə də, bunu sadəcə sifariş verib quraşdırmaqla reallaşdırmaq mümkün deyil.
QBR-ləri vurmaq üçün lazım olan texnologiyanı hazırlamaq və yerləşdirmək son dərəcə çətindir", deyə nəşr yazır.
Qitələrarası raketlər niyə çətin hədəfdir? Əsas çətinlik ondan ibarətdir ki, QBR hücum zamanı səmada tək bir obyekt olmur.
Kosmosa qalxdıqdan sonra raket bir neçə ayrı-ayrı döyüş başlığı və bir sıra yalançı hədəf (aldadıcı obyektlər) buraxır.
Bu isə müdafiə sistemlərinin hədəfi ayırd etməsini və zərərsizləşdirməsini ciddi şəkildə çətinləşdirir.