Icma.az
close
up
RU
Arzu, yoxsa reallıq: Niyə nüvə raketini vurmaq göründüyündən daha çətindir?

Arzu, yoxsa reallıq: Niyə nüvə raketini vurmaq göründüyündən daha çətindir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə "Qızıl günbəz" adlandırılan yeni nəsil raket əleyhinə müdafiə sisteminin yaradılacağını elan edib. Bu sistemin Amerika ərazisini strateji raket təhlükəsindən tam qoruması nəzərdə tutulur. 

Qaynarinfo "SlashGear" nəşrinə istinadən xəbər verir ki, qitələrarası ballistik raketləri (QBR) vurmaq nə üçün bu qədər mürəkkəbdir və niyə bu cür müdafiə sistemi doğrudan da "qızıl qiyməti"nə başa gələ bilər.

"Bir ölkə ətrafında ‘qalxan’ yaratmaq cazibədar ideya kimi görünsə də, bunu sadəcə sifariş verib quraşdırmaqla reallaşdırmaq mümkün deyil. QBR-ləri vurmaq üçün lazım olan texnologiyanı hazırlamaq və yerləşdirmək son dərəcə çətindir", deyə nəşr yazır.

Qitələrarası raketlər niyə çətin hədəfdir?

Əsas çətinlik ondan ibarətdir ki, QBR hücum zamanı səmada tək bir obyekt olmur. Kosmosa qalxdıqdan sonra raket bir neçə ayrı-ayrı döyüş başlığı və bir sıra yalançı hədəf (aldadıcı obyektlər) buraxır. Bu isə müdafiə sistemlərinin hədəfi ayırd etməsini və zərərsizləşdirməsini ciddi şəkildə çətinləşdirir. Texniki baxımdan belə bir raketi vurmaq mümkün olsa da, əgər raket son mərhələyə – terminal fazaya daxil olubsa, real olaraq təhlükəni aradan qaldırmaq şansı çox az olur. Bu o deməkdir ki, ən müasir "Patriot" zenit-raket kompleksi belə QBR-ni terminal fazada etibarlı şəkildə vura bilmir.

ABŞ keçmişdə də raket əleyhinə sistemlər yaratmağa cəhd göstərib və bu cəhdlərin nəticəsi kimi THAAD adlı yüksək irtifadə terminal müdafiə kompleksi meydana gəlib. Lakin bu sistem belə QBR-ni vurmaq üçün tam zəmanət vermir.

"Hazırkı mərhələdə "Qızıl günbəz" daha çox reallıqdan uzaq, 175 milyard dollar dəyərində bahalı bir arzudur", deyə "SlashGear" qeyd edir.

Fizikin fikirləri: "Bir gülləni başqa bir güllə ilə vurmaq" qədər çətindir

İllinoys Universitetindən fizik Frederik Lemb izah edir ki, bir QBR-ni vurmaq - xüsusilə də onun bir neçə nüvə başlığı daşıdığı nəzərə alınarsa - son dərəcə çətin və həll olunmamış problemdir. Onun sözlərinə görə, bu vəzifənin mürəkkəbliyi belə bir bənzətmə ilə izah edilə bilər: "Nüvə raketini vurmaq, bir gülləni başqa bir güllə ilə havada vurmaq qədər çətindir".

Burada əsas çətinliklərdən biri məsafənin və sürətin çox yüksək olmasıdır. Raket əleyhinə raket hədəfə çatmaq üçün minlərlə kilometr hündürlüyə qalxmalı və son dərəcə sürətlə hərəkət edən QBR ilə toqquşmalıdır. Üstəlik, QBR də müdafiəni yarmaq üçün müxtəlif maneələrdən istifadə edə bilər.

Ən pis halda, əgər QBR döyüş başlıqlarını və aldadıcı obyektləri buraxmağa müvəffəq olarsa, müdafiə raketi bu hədəflər arasında hansını vuracağını müəyyənləşdirməlidir. Hətta belə bir halda belə, ancaq bir hədəf məhv edilə bilər, digər döyüş başlıqları hədəfə çata bilər.

Hazırda ABŞ-ın mövcud raket əleyhinə müdafiə sistemi əsasən QBR-nin orta mərhələsinə - döyüş başlıqlarının buraxıldığı, lakin hələ aldadıcı obyektlərin atılmadığı fazaya yönəlib. Lakin bu mərhələdə belə, müdaxilənin uğurla nəticələnəcəyinə heç bir zəmanət yoxdur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri