Arzulamaq vərdişi Rə­van Cavid yazır | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat yayır. Rəvan CAVİD Həmişə elə bilmişəm ki, ümidlərimiz arzularımızı yaradıb. Yanılmışam.
Əvvəlcə arzulayırıq. Sonra ümid edirik. Arzu ümiddən, hisslər sezgilərdən daha irrosionaldır. İnsan şüuru belə işləyir. Sonra dua edirik.
Sonra ya xoşbəxt oluruq, ya da bəxbəxt. Soyuqqanlı insanlara buna görə həsəd aparmışam.
Onlar şüursuzluğun və rasionallığın təntənəsinə qapılıb bu iki hissi sonacan yaşaya bilmirlər.
Arzulamağın fəlsəfəsi haqqında araşdıranda məşhur şotland filosof Devid Humun məşhur bir cümləsinə rast gəldim: "İnsan ağlı arzularının əsarətindədir..." Doğrudanmı belədir?
D.Hum qürur və təvazökarlıq, arzu və istək, xoşbəxtlik və bədbəxtlik, kədər və qorxu məfhumlarını təsvir etmək üçün "ehtiras" sözünü texniki termin kimi istifadə edir.
Ümumiyyətlə, düşünür ki, bütün duyğu, hiss və istəklərimizin təməlində ehtiras dayanır.
Onun fikrincə, ehtiraslarımız rasional düşüncədən fərqli kateqoriyadadır.
Tam oxu
Xəbəri oxu