Icma.az
close
up
RU
Arzulamaq vərdişi Rə­van Cavid yazır

Arzulamaq vərdişi Rə­van Cavid yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Rəvan CAVİD

Həmişə elə bilmişəm ki, ümidlərimiz arzularımızı yaradıb. Yanılmışam. Əvvəlcə arzulayırıq. Sonra ümid edirik. Arzu ümiddən, hisslər sezgilərdən daha irrosionaldır. İnsan şüuru belə işləyir. Sonra dua edirik. Sonra ya xoşbəxt oluruq, ya da bəxbəxt. Soyuqqanlı insanlara buna görə həsəd aparmışam. Onlar şüursuzluğun və rasionallığın təntənəsinə qapılıb bu iki hissi sonacan yaşaya bilmirlər. Arzulamağın fəlsəfəsi haqqında araşdıranda məşhur şotland filosof Devid Humun məşhur bir cümləsinə rast gəldim: "İnsan ağlı arzularının əsarətindədir..." Doğrudanmı belədir? D.Hum qürur və təvazökarlıq, arzu və istək, xoşbəxtlik və bədbəxtlik, kədər və qorxu məfhumlarını təsvir etmək üçün "ehtiras" sözünü texniki termin kimi istifadə edir. Ümumiyyətlə, düşünür ki, bütün duyğu, hiss və istəklərimizin təməlində ehtiras dayanır. Onun fikrincə, ehtiraslarımız rasional düşüncədən fərqli kateqoriyadadır. Amma həmin hisslərin özlüyündə nə rasional, nə də irrasional olduğunu düşünür. Saf qürur, xoşbəxtlik və ya başqa bir duyğu selinə qapılmaq heç vaxt məntiqsiz ola bilməz: duyğular təcrübələrimizə uyğun gələn reaksiyalardır. Ehtiraslar və ağıl da bir-birinə zidd deyil, birlikdə işləyir. Və ağlın yeganə işi bizə ən güclü ehtiraslarımız üzərində iqtidar qurmağa kömək etməkdir.

Huma görə, bizim hərəkətlərimizdə ağıl həmişə mühüm rol oynayır. Ərzaq almaq üçün bazara girdiyiniz zaman ağıl sizə hansı istiqamətə getməyinizi və nə üçün özünüzlə pul aparmağınızı və bir çox başqa şeyləri söyləyir. Lakin Hum belə düşünmür ki, tək ağıl bizi hərəkətə gətirir. "Bizi orada gəzməyə sövq edən bir ehtiras olmasaydı, heç vaxt bazara getməyəcəyimizi" iddia edir Hum. Təkcə bu səbəb bizi ərzaq mağazasında yemək üçün bir şey almağa vadar edə bilməz - ac qalmaq istəməmək və ya nahara dəvət edərək kimisə heyran etmək kimi bir ehtirasa (yaxud arzuya) ehtiyacınız var. Həmişə arzu və içimizdə bitməyən ehtiras şövqü üstünlük təşkil edir və nə ediriksə yalnız ibtidai duyğularımıza xidmət etməklə kifayətlənir. "Ağıl... ehtiraslarımızın quludur" - deyir Hum.

Bəzən biz hər hansı bir istəyimizin üstündən xətt çəkirik. İmtina edirik bəzi şeylərdən. Hərdən olur, əlimiz-ayağımız soyuyur bir işdən. Belə olan halda ağılın, məntiqin arzu və digər həssas duyğulardan əvvələ keçdiyini düşünməməliyik. Humun yuxarıdakı məşhur ifadəsini yadınıza salın. Deməli, indi də istəməmək ehtirası ağlımızdan daha tez davranıb bizimlə oyun oynayır. Ağlımız saniyələr ərzində yeni hisslərimizə yol çəkməklə məşğul olur. Bir sözlə, insan beyni duyğuların arxasınca Məcnun kimi gəzir.

Buna görə Hum ağıl və ehtirasın bir-birinə zidd olduğunu düşünmür. Ehtiraslarınız nə etdiyinizi müəyyənləşdirir və siz bu məqsədlərə çatmaq üçün intellektinizdən istifadə edirsiniz. Ən güclü ehtiraslarınızı ən yaxşı şəkildə necə təmin edəcəyinizi anlamaq üçün ağlınız sizə bələdçi olur.

Huma görə, ehtiraslar nə rasional, nə də irrasional olmadığı üçün, hərəkətləri irrasional edə bilən yeganə şey batil inanclardır. Məsələn, uça biləcəyinə dair yanlış inancın varsa, paraşütsüz təyyarədən tullanmaq ağılsızlıqdır. Ancaq uçmaq ehtirasını doyurmaq üçün təyyarədən paraşütlə tullanmaq ağılsızlıq olmaz.

Həqiqətən də, Humun yəqinincə, nə qədər qəribə görünsə də, hər hansı bir hərəkət bütün digərlərini üstələyən ehtirasla idarə olunursa, biz heç vaxt bu hərəkəti irrasional adlandıra bilmərik. O hətta deyir ki, "barmağımın sağ qalmasındansa, bütün dünyanın məhv olmasını üstün tutmaq ağılsızlıq deyil". Lakin tamamilə yad birinin həyatını bir az da yaxşılaşdırmaq üçün öz həyatınızın tamamilə məhv olmasına icazə vermək də ağılsızlıq sayılmaz. Verdiyimiz bu misalların heç biri irrasional ola bilməz, çünki nə ehtiraslar, nə də ehtiraslara əsaslanan hərəkətlər, yalançı inanclarla birləşməyincə və ya üst-üstə düşmədikcə irrasional deyildir. Əgər barmağınıza zərər verməmək istəyiniz güclüdürsə və dünyanın məhv olmasının qarşısını almaq istəyiniz zəifdirsə, barmağınıza zərər verməkdənsə, dünyanın məhv olmasına icazə vermək məntiqlidir!

Humdan fərqli olaraq, bəzi filosoflar düşünürlər ki, bəzən yalnız ağıl bizə nə edəcəyimizi söyləyə bilər. Məsələn, hər hansı bir insanın özünə zərər verməsi və ya başqalarına zərər verməsi heç bir səhv etmədiyi müddətcə ağılsızlıq ola bilər.

Huma görə, ən güclü ehtiraslarınız buna mane olsaydı, özünüzə və ya başqa bir insana zərər vermək mütləq məntiqsiz olardı. Çünki əgər insan nə özünü, nə də başqalarını düşünmürsə, bu insan nə özünə, nə də başqalarına zərər verəcəyi bir vəziyyətdə məntiqsiz hərəkət etməz.

Müasir fəaliyyət nəzəriyyələri Humun nəzəriyyəsindən qat-qat mürəkkəbdir. Humdan sonra filosoflar onun arqumentinin qaldırdığı iki əsas sual arasında fərq qoydular, hər ikisi bu gün də müzakirə olunur. Məntiq yoxsa ağıl? İnsan rasional varlıqdır, yoxsa irrasional?

Bunlar arzulamağın fəlsəfi məsələləridir... Qayıdaq sıravi kəslərin həyatında yol nişanlarına çevrilmiş, qırmızı işarələrlə, böyük hərflərlə yazılmış arzulara. Dünya dəyişdikcə həmin arzuları da əlimizdən almağa başladı. Müasir fəlsəfənin və sosiologiyanın ən böyük problemlərindən biri olan depressiya, yorğunluq, fərdiyyətçilik insana xəyal qurdurmur, arzu tutdurmur, ümid etdirmir, dua üçün əllərini açdırmır. Ovuc qədər ekranlara həbs edilmiş sosial həyatımızda sabah üçün nə istəyəcəyimizi biz yox, başqaları və trendlər müəyyən edir. Beləcə, arzulamaq vərdişimiz, ehtirasımız da itib gedir. Yeni dünyanın insanı ibtidai duyğularını rəqəmsallaşdırmaqla məşğul ikən, aliliyə doğru yol almır, sürətlə ondan uzaqlaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri