Arzulanmayan qonaqlar İKİNCİ YAZI | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəvan CAVİD Mühacirin hibrid kimliyinin bir ifadəsi də Almaniyada yaşayan gənc türk mühacirləri tərəfindən yaradılan və alman və türk dillərinin qarışığından doğan kanake-sprak adlı "dil"dir.
Bəzi qruplar tərəfindən hazırlanmış bu jarqon mühacirlərin get-gedə ikili həyata öyrəşdiyinin göstəricisidir.
Hazırda bütün dünyada, xüsusən də sənət sahəsində müxtəliflik, rəngarənglik, plüralizm anlayışları önə çəkilir, yaşadıqları ölkələrdə yaradıcılığı ilə diqqət, tərif və böyük mükafatlar alan mühacir sənətkarların sayı günü-gündən artır.
Yavaş-yavaş sistemə daxil olan mühacir indi köhnə kimlik inadından əl çəkərək kimliklərdən kənar bir anlayış inkişaf etdirir.
Həqiqətən də, gənc yaşlarında Almaniyaya mühacirət edən və sonradan yazdığı romanlarla adından söz etdirən, bir çox mükafatlar alan, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Akif Pirinççi romanlarını almanca yazır və nə türk, nə də alman olması ilə çox maraqlanır.
Problemləri aradan qaldırmağın bəlkə də ən yaxşı yolu budur.
Yəni kimlik nə qədər önə çəkilirsə, o qədər də digər kimliklər dərhal müdafiəyə qalxır və öz kimliklərini hakim etməyə çalışırlar.
Tam oxu
Xəbəri oxu