Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi : “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Ulu öndərimizin hər zaman olduğu kimi bu sözlərində də nə dərəcədə haqlı olduğunun Prezident İlham Əliyevin 21 illik fəaliyyət dövründəki uğurları ilə hamımız sahidi olduq.
2003-cü ildə xalqa verdiyi bütün vədləri yerinə yetirərən cənab İlham Əliyev xalqın sevgisini, rəğbətini, etimadını qazandı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev prezidentlik dönəmində, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu.