Icma.az
close
up
RU
Arzuları gerçəkləşdirən Lider

Arzuları gerçəkləşdirən Lider

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi : “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Ulu öndərimizin hər zaman olduğu kimi bu sözlərində də nə dərəcədə haqlı olduğunun Prezident İlham Əliyevin 21 illik fəaliyyət dövründəki uğurları ilə hamımız sahidi olduq.

2003-cü ildə xalqa verdiyi bütün vədləri yerinə yetirərən cənab İlham Əliyev xalqın sevgisini, rəğbətini, etimadını qazandı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev prezidentlik dönəmində, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkşaf mərhələsinə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan ərazilərinin azad edilməsi idi. Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020- ci ildə erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsində işgal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Beləliklə, həm Ümummilli liderimizin böyük arzusu gerçəkləşdi,həm də Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu.

Prezident İlham Əliyevin 21 ildə yürütdüyü düşünülmüş, uzaqgörən siyasət, həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının, əldə etdiyimiz tarixi Zəfərin ən başlıca səbəbidir. Məhz dövlət başçımızın müdrüklüyü, dərin zəkası, nümayiş etdirdiyi yüksək peşəkarlığın nəticəsində Azərbaycan bu gün dünyanın ən güclü, ən qüdrətli dövlətinə çevirlmiş, böyük etimad qazanmışdır. Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilmişdir. Azərbaycan bu gün beynəlxalq aləmin böyük etimadını qazanmış güclü bir ölkə olaraq çox mühüm, əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Artıq qlobal problemlərin həlli yollarının axtarılması, müzakirə edilməsi üçün dünya liderləri məhz Azərbaycana gəlir. Ölkə başçımızın müdrük fikirləri, irəli sürdüyü təşəbbüslər alqışla qarşılanır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etmiş və pandemiya dövründə beynəlxalq həmrəyliyi təşviq edən addımlar atmışdır. Məlum olduğu kimi ötən ay BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçirilmişdir. Bu hadisə ölkəmizin daha bir uğuru kimi tariximizə yazıldı. Olduqca mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə olan hörmət və etimadının bariz nümunəsidir.

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurmağa nail oldu. Bu gün hər bir azərbaycanlı bu günkü Azərbaycanla, doğma dövlətilə fəxr edir. Dövlət başçımızın rəhbərliyi və şəxsi nəzarəti ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa –quruculuq işləri sadəcə xalqımızı deyil, bütün dünyanı heyrətləndirir. Qısa zamanda görülən böyük işlərə hər birimiz baxıb qürur duyuruq.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi müdrük, uzaqgörən dövlət başçısı var. Görülən misilsiz işlərə baxanda, əldə edilən tarixi Zəfəri yaşamaq əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bundan sonra da daha böyük uğurlara, tarixi zəfərlərə imza atacaq.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri