Aşağı ballarda qalxacaq, orta ballar stabil olacaq Təhsil eksperti

21.08.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

"Bu qəbul ilində 1, 2, 3-cu qruplarda yuxarı ballarda ballar düşəcək. Aşağı ballarda qalxacaq.  Orta ballar stabil olacaq.  Bakı şəhərində yerləşən dövlət universitetlərində plan yerlərinin azalması həmin ixtisaslarda ballara təsir göstərəcək. Xüsusilə də, 3-cu qruplarda.  Kompüter yönümlü ixtisaslarda dövlət sifarişli yerlərin çoxluğu 250-300 aralığında (rayonlarda və özəl universitetlərdə) pulsuz qəbul imkanı verəcək. Tibb ixtisasında 15 bal ətrafında ballar qalxacaq. Təxmini 636 ətrafında ehtimal edirəm. Hüquq ixtisasında ballar 5-6 bal düşəcək".

Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a deyib. Ekspert vurğulayıb ki, 1-ci qrupda 450 baldan yuxarı getdikcə 5-20 bal ətrafında ballar düşəcək.

Orta ballar stabil, aşağı ballarda azca qalxma müşahidə olunacaq:

"2-ci qruplarda 450 baldan yuxarı ballar 10 bal ətrafında düşəcək. 600+ larda 15 bala kimi ola bilər. Orta ballarda stabil, aşağı ballarda da ciddi dəyişiklik olmayacaq. Bəzi ixtisaslarda 5 bal oynama ola bilər. Amma rus bölməsində ballar 30 bala kimi artacaq.  3-cu qruplarda yuxarı ballarda düşəcək, amma bəzi ixtisaslarda xüsusilə də, Bakı şəhəri üzrə plan yerlərinin azalması səbəbilə azacıq qalxa bilər. 350 dən aşağı ballarda artım müşahidə olunacaq. Xüsusilə də, rus bölməsi 3-cu qruplarda bu özünü ciddi göstərəcək. 30 bala kimi qalxma müşahidə olunacaq.  4-cu qrupda tibb ixtisaslarında qalxma olacaq, amma orta ballarda yeni biotəxnologiya ixtisasının 2 universitetdə açılması vəziyyəti yaxşılaşdıracaq. 5-ci qruplarda dizayn ixtisası ilə idman ixtisaslarında balların düşməsi ehtimal olunur".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью