Aşağı ballarda qalxacaq, orta ballar stabil olacaq Təhsil eksperti
Icma.az, 525.az saytına istinadən bildirir.
"Bu qəbul ilində 1, 2, 3-cu qruplarda yuxarı ballarda ballar düşəcək. Aşağı ballarda qalxacaq. Orta ballar stabil olacaq. Bakı şəhərində yerləşən dövlət universitetlərində plan yerlərinin azalması həmin ixtisaslarda ballara təsir göstərəcək. Xüsusilə də, 3-cu qruplarda. Kompüter yönümlü ixtisaslarda dövlət sifarişli yerlərin çoxluğu 250-300 aralığında (rayonlarda və özəl universitetlərdə) pulsuz qəbul imkanı verəcək. Tibb ixtisasında 15 bal ətrafında ballar qalxacaq. Təxmini 636 ətrafında ehtimal edirəm. Hüquq ixtisasında ballar 5-6 bal düşəcək".
Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a deyib. Ekspert vurğulayıb ki, 1-ci qrupda 450 baldan yuxarı getdikcə 5-20 bal ətrafında ballar düşəcək.
Orta ballar stabil, aşağı ballarda azca qalxma müşahidə olunacaq:
"2-ci qruplarda 450 baldan yuxarı ballar 10 bal ətrafında düşəcək. 600+ larda 15 bala kimi ola bilər. Orta ballarda stabil, aşağı ballarda da ciddi dəyişiklik olmayacaq. Bəzi ixtisaslarda 5 bal oynama ola bilər. Amma rus bölməsində ballar 30 bala kimi artacaq. 3-cu qruplarda yuxarı ballarda düşəcək, amma bəzi ixtisaslarda xüsusilə də, Bakı şəhəri üzrə plan yerlərinin azalması səbəbilə azacıq qalxa bilər. 350 dən aşağı ballarda artım müşahidə olunacaq. Xüsusilə də, rus bölməsi 3-cu qruplarda bu özünü ciddi göstərəcək. 30 bala kimi qalxma müşahidə olunacaq. 4-cu qrupda tibb ixtisaslarında qalxma olacaq, amma orta ballarda yeni biotəxnologiya ixtisasının 2 universitetdə açılması vəziyyəti yaxşılaşdıracaq. 5-ci qruplarda dizayn ixtisası ilə idman ixtisaslarında balların düşməsi ehtimal olunur".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















