ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq | Icma.az
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sıfır emissiya hədəfinə çatmaq üçün Strategiya və Tədbirlər Planına əsasən I mərhələdə (2024-2027) ümumi dedveyti 26 min 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur.
Avtosfer.az ASCO-ya istinadla xəbər verir ki, bunun da hesabına şirkətin gəmilərdən olan emissiyalarının təxminən 25 % azalacağı gözlənilir.
ASCO plana əsasən, dekarbonizasiya tədbirlərinin davamı olaraq, mərhələlər üzrə tədbirlər görülməsi nəzərdə tutub.
Həmçinin ilkin mərhələyə donanmanın yenilənməsi, eləcə də yanacaq sərfiyatı baxımından daha səmərəli və müasir gəmilərin alınması və ya tikintisi də daxildir.
Belə ki, ASCO-nun 2024-2027-ci illərdə gəmi alışı və tikintisi planlarına əsasən, ümumilikdə 17 yeni gəminin donanmanın tərkibinə daxil edilməsi planlaşdırılır.
Donanmadakı gəmilərin ölçücə daha böyük, daha çox yük götürümü olan enerji səmərəliliyi baxımından təxmini 20 %-dək daha effektiv gəmilərlə əvəzlənməsi nəticəsində (donanmanın dedveytinin artması da nəzərə alınaraq) emissiyaların təxmin'n 9 % azaldılması proqnozlaşdırılır.
2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı və tam elektriklə işləyən gəmilərin tikintisi və ya alınması, mövcud gəmilərin retrofit olunması hədəf kimi müəyyənləşdirilib.
Tam oxu
Xəbəri oxu