Icma.az
close
up
RU
ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq

ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sıfır emissiya hədəfinə çatmaq üçün Strategiya və Tədbirlər Planına əsasən I mərhələdə (2024-2027) ümumi dedveyti 26 min 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur.

Avtosfer.az ASCO-ya istinadla xəbər verir ki, bunun da hesabına şirkətin gəmilərdən olan emissiyalarının təxminən 25 % azalacağı gözlənilir.

ASCO plana əsasən, dekarbonizasiya tədbirlərinin davamı olaraq, mərhələlər üzrə tədbirlər görülməsi nəzərdə tutub.

Həmçinin ilkin mərhələyə donanmanın yenilənməsi, eləcə də yanacaq sərfiyatı baxımından daha səmərəli və müasir gəmilərin alınması və ya tikintisi də daxildir. Belə ki, ASCO-nun 2024-2027-ci illərdə gəmi alışı və tikintisi planlarına əsasən, ümumilikdə 17 yeni gəminin donanmanın tərkibinə daxil edilməsi planlaşdırılır.

Donanmadakı gəmilərin ölçücə daha böyük, daha çox yük götürümü olan enerji səmərəliliyi baxımından təxmini 20 %-dək daha effektiv gəmilərlə əvəzlənməsi nəticəsində (donanmanın dedveytinin artması da nəzərə alınaraq) emissiyaların təxmin'n 9 % azaldılması proqnozlaşdırılır.

2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı və tam elektriklə işləyən gəmilərin tikintisi və ya alınması, mövcud gəmilərin retrofit olunması hədəf kimi müəyyənləşdirilib. Belə ki, qeyd edilən dövrdə metanol yanacağı ilə işləyən 5 təchizat, 5 sərnişin və 7 tankerin tikintisi, tam elektriklə işləyən 4 liman-yedək gəmisinin inşası və 8 gəminin metanol yanacağına keçid üçün retrofit olunması nəzərdə tutulur. Bu gəmilərdə mavi metanolun istifadəsi (ümumi donanmanın dedveytinin artması nəzərə alınaraq) ümumilikdə emissiyaların təxminən 10 %-dək azalmasına səbəb olacağı gözlənilir.

Dizellə müqayisədə metanol CO2 emissiyalarını 7 %-ə qədər, SOx emissiyalarını 99 %-ə qədər və NOx emissiyalarını 60 %-ə qədər azalda bilər.

Bütün donanmalarda alternativ yanacaqlardan istifadəyə keçid isə üçüncü mərhələdə, yəni 2030-2040-cı illərdə icra ediləcək. Bununla da, IMO-nun hədəfinə uyğun olaraq, 2008-ci illə müqayisədə emissiyaların 70-80 %-dək azaldılmasına nail olunacaq.

IV mərhələ isə 2040-2050-ci illəri əhatə edir. Bu mərhələdə 0 emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır. Bu isə IMO-nun hədəfinə uyğun olaraq, emissiyaları 100 % azaldaraq 0 emissiya həddinə çatmaq deməkdir.

ASCO-nun dekorbanizasiya istiqamətində qısamüddətli tədbirlər planı da var. Bu plan çərçivəsində 2030-cu ilə qədər olan ilk 3 mərhələ həyata keçirilməlidir. Layihədə metanol gəmilərinə keçidin 2027-ci ildə nəzərdə tutulmasına baxmayaraq, bu prosesi daha da sürətləndirmək məqsədilə artıq metanol gəmilərinə keçid üçün maliyyə dəstəyi üzərində işlənilir.

Xatırladaq ki, Beynəlxalq Dəniz Təşkilatının 2018-ci ildə qəbul etdiyi, 2023-cü ildə yenidən baxdığı “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq beynəlxalq gəmiçilik fəaliyyəti nəticəsində havaya atılan tullantıların illik miqdarını 2030-cu ilədək 20 % azaltmaq və 30 % üçün çalışmaq, 2040-cı ilədək 70 % azaltmaq və 80 % üçün çalışmaq, 2050-ci ilə 0 emissiya səviyyəsinə çatmaq hədəf olaraq müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Noyabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri