AsiyaPasifik bölgəsi üçün müharibə ili ola bilər | Icma.az
Icma.az, Gununsesi portalına istinadən məlumat verir. 2025-ci il Asiya-Pasifik bölgəsi üçün müharibə ili ola bilər.
Gununsesi.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.
Nəşr qeyd edir ki, əsas qarşıdurma Çin və Tayvan arasında baş verəcək.
Bu ilin yanvar ayında Tayvanda keçirilən seçkilərdə Çinə qarşı sərt mövqeyi ilə tanınan Lai Tsin qalib gəldi.
Seçkidən sonra Çin Tayvan adası ətrafında dəniz təlimləri keçirdi.
Çin və Tayvan arasındakı qarşıdurma ilə yanaşı, Cənubi Çin dənizində mövcud olan qaynaqların kimə aid olması üzərində də eskalasiya riski var.
Bu qarşıdurmanın Çinlə Filippin arasında olacağı ehtimalı çoxdur.
ABŞ və Filippin arasında 2014-cü ildə yenilənən Strateji Müdafiə Əməkdaşlığı razılaşmasına görə, Vaşinqton mümkün eskalasiyanın tərəfi ola bilər.
Tam oxu
Xəbəri oxu