Icma.az
close
up
RU
AsiyaPasifik bölgəsi üçün müharibə ili ola bilər

AsiyaPasifik bölgəsi üçün müharibə ili ola bilər

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

2025-ci il Asiya-Pasifik bölgəsi üçün müharibə ili ola bilər.

Gununsesi.info  Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.

Nəşr qeyd edir ki, əsas qarşıdurma Çin və Tayvan arasında baş verəcək. Bu ilin yanvar ayında Tayvanda keçirilən seçkilərdə Çinə qarşı sərt mövqeyi ilə tanınan Lai Tsin qalib gəldi. Seçkidən sonra Çin Tayvan adası ətrafında dəniz təlimləri keçirdi.

Çin və Tayvan arasındakı qarşıdurma ilə yanaşı, Cənubi Çin dənizində mövcud olan qaynaqların kimə aid olması üzərində də eskalasiya riski var. Bu qarşıdurmanın Çinlə Filippin arasında olacağı ehtimalı çoxdur. ABŞ və Filippin arasında 2014-cü ildə yenilənən Strateji Müdafiə Əməkdaşlığı razılaşmasına görə, Vaşinqton mümkün eskalasiyanın tərəfi ola bilər. Çin və Filippin arasında qarşıdurma səbəblərindən biri də Sianbin (Sabine) rifi adlanan bölgədəki böhrandır. Neft və qaz ehtiyatları ilə zəngin olan bölgədə bu ilin 19 avqust tarixində iki ölkənin gəmiləri toqquşdu. Hadisə ilə bağlı hər iki tərəf bir-birini ittiham etdi. Hazırda razılaşma, yaxud ortaq qərar yoxdur, hər iki tərəfin bölgəyə iddiası davam edir.

Asiya-Pasifik bölgəsində mümkün toqquşma ehtimalları Trampın ABŞ prezidenti olması fonunda da güclənir. Tramp ilk prezidentliyi dövründə (2016-2020) Çini hədəf taxtasına çıxarmışdı, builki seçkidən öncə verdiyi bəyanatlar da göstərir ki, Pekinlə açıq qarşıdurmaya hazırlaşır. Bu baxımdan, Çin ətrafında hərbi eskalasiyaların ola biləcəyi gözləntisi artır.

2025-ci ildə Çinlə müharibə gözləntiləri hələ 9 il öncə – 2015-ci ildə mətbuata sızan planları yada salır. Həmin il Pentaqonun strateji araşdırma mərkəzi olan “Rand Corporation” şirkətinin 2025-ci ilə qədər Çinlə müharibəyə hazırlıq ssenarisi üzərində işlədiyi xəbəri ortaya çıxmışdı. “Çinlə müharibə: ağlasığmaz haqda düşünmək” adının verildiyi ssenaridə “Ağlasığmaz” (Unthinkable) sözü təsadüfi seçimə bənzəmirdi. Çünki “Unthinkable” Britaniyanın baş naziri Çörçilin 1945-ci ildə SSRİ-yə qarşı hazırladığı müharibə planının kod adı idi. Mümkündür ki, 2025-ci illə bağlı illər əvvəl hazırlanan “ağlasığmaz” planı işə düşə bilər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri