Aslan Kərimov: AFFA nın son qərarları çempionatımız üçün ən doğru seçimdir | Icma.az
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Açığı, 2025/2026-cı illər mövsümünün formatı ilə bağlı bir neçə variant var idi.
Lakin hesab edirəm ki, AFFA-nın verdiyi yekun qərar çempionatımız üçün ən doğru seçimdir”.
İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov milli assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərarlar barədə danışarkən deyib.
Veteran futbolçu Azərbaycan Premyer Liqasında növbəti mövsümün təsdiq olunmuş formatına münasibət bildirib: “Mən variantlar arasından “altılıq” sistemi olan formatın o qədər də ədalətli olmadığını bildirmişdim.
Çünki bu formatda 6-cı və ya 7-ci sıralarda yer alan komandaların nə yuxarı pillələr uğrunda mübarizə aparmaq şansı qalır, nə də I Liqaya düşmək qorxusu olur.
Belə olan halda həmin komanda üçün son turlarda keçirəcəyi matçlar hər hansı əhəmiyyət daşımır.
Bu amilləri nəzərə alaraq, “altılıq” sisteminin çempionatımız üçün uyğun olmadığını vurğulamışdım.
Tam oxu
Xəbəri oxu