Icma.az
close
up
RU
Aslan Kərimov: AFFA nın son qərarları çempionatımız üçün ən doğru seçimdir

Aslan Kərimov: AFFA nın son qərarları çempionatımız üçün ən doğru seçimdir

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Açığı, 2025/2026-cı illər mövsümünün formatı ilə bağlı bir neçə variant var idi. Lakin hesab edirəm ki, AFFA-nın verdiyi yekun qərar çempionatımız üçün ən doğru seçimdir”.

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov milli assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərarlar barədə danışarkən deyib.

Veteran futbolçu Azərbaycan Premyer Liqasında növbəti mövsümün təsdiq olunmuş formatına münasibət bildirib: “Mən variantlar arasından “altılıq” sistemi olan formatın o qədər də ədalətli olmadığını bildirmişdim. Çünki bu formatda 6-cı və ya 7-ci sıralarda yer alan komandaların nə yuxarı pillələr uğrunda mübarizə aparmaq şansı qalır, nə də I Liqaya düşmək qorxusu olur. Belə olan halda həmin komanda üçün son turlarda keçirəcəyi matçlar hər hansı əhəmiyyət daşımır. Bu amilləri nəzərə alaraq, “altılıq” sisteminin çempionatımız üçün uyğun olmadığını vurğulamışdım. Düşünürəm ki, turnirin 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması daha yaxşı qərardır”.

Kərimov yeni mövsümdə Premyer Liqaya yüksəlmək uğrunda bir oyundan ibarət pley-off görüşünün keçirilməsinin pis fikir olmadığını söyləyib: “Amma bu qərar “Qəbələ” və “Şamaxı” üçün haqsızlıqdır. Çünki onlar birbaşa I dəstəyə düşmüşdülər. Mən əminəm ki, bu komandalar pley-off oyunu keçirsəydilər, çempionatda qalacaqdılar. I Liqadan 3 komandanın yüksək dəstədə iştirakı da yaxşı qərardır. Sadəcə, burada dayanıqlılıqla bağlı problemlər ortaya çıxa bilər. Təbii ki, keyfiyyət olaraq yaxşı kollektiv formalaşdırmaq mümkündür. Bu kimi klubların Premyer Liqada nə qədər büdcə ilə iştirak edəcəkləri isə sual altındadır. Digər komandalarla, heç olmasa, başabaş mübarizə apara bilmələri üçün maliyyə dayanıqlılığı olmalıdır. Buna xüsusi diqqət etməlidirlər. Bir oyundan ibarət pley-off görüşünə gəldikdə isə əgər matçlar neytral meydanda keçiriləcəksə, bu, elə də böyük fərq yaratmayacaq. Bir oyunla hansısa komandanın haqqı tapdalanmayacaq. Güclü olan qalib gələcək. Avropa və dünya çempionatlarının finalı bir qarşılaşmadan ibarət olur. Belə çıxır ki, bu da ədalətsiz qərardır? Ona görə də düşünürəm ki, əlavə daha bir oyun oynamaq nəyisə dəyişməyəcək. Ola bilər ki, hansısa region komandası doğma meydanda daha yaxşı çıxış edir. Belə kiçik nüanslar var. Amma biz gərək ilk növbədə meydançalarımızı və stadionlarımızı təmin edə bilək. Meydançalarımız standartlara uyğun olmalıdır. Ondan sonra iki oyunun davasını edə bilərik”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri