Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xarici ölkələrlə, eləcə də, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə böyük önəm verir.
Bu, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması və əlaqələrin inkişafı üçün çox vacibdir.
Çünki region və dünya dövlətləri ilə əməkdaşlığı genişləndirmədən, inkişaf etdirmədən uğurlara imza atmaq və mötəbər tədbirlərdə söz demək çox çətindir.
Ölkə rəhbərliyinin yürütdüyü siyasət artıq özünü doğruldur və bir çox məsələlərdə dünya dövlətləri Azərbaycana xüsusi dəstək verirlər.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, eləcə də “Qoşulmama” Hərəkatının sədri kimi, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi öz sözünü deməyə və qlobal problemləri həll üçün masaya yatırmağa qadirdir.
Tahir Rzayev Tahir Rzayev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatında Azərbaycanın xüsusi yeri var və bu təşkilatın möhkəmlənməsində Azərbaycan xüsusi rola malikdir.
Deputat vurğulayıb ki, Azərbaycan digər bir çox beynəlxalq təşkilatların da üzvüdür və Azərbaycan bu təşkilatlarda uğurla təmsil olunur.