Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

AŞPA da qəbul olunan bir çox qərarlar və qətnamələr reallıqları əks etdirmir, böhtan xarakterlidir

AŞPA da qəbul olunan bir çox qərarlar və qətnamələr reallıqları əks etdirmir, böhtan xarakterlidir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xarici ölkələrlə, eləcə də, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə böyük önəm verir. Bu, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması və əlaqələrin inkişafı üçün çox vacibdir. Çünki region və dünya dövlətləri ilə əməkdaşlığı genişləndirmədən, inkişaf etdirmədən uğurlara imza atmaq və mötəbər tədbirlərdə söz demək çox çətindir. Ölkə rəhbərliyinin yürütdüyü siyasət artıq özünü doğruldur və bir çox məsələlərdə dünya dövlətləri Azərbaycana xüsusi dəstək verirlər.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, eləcə də “Qoşulmama” Hərəkatının sədri kimi, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi öz sözünü deməyə və qlobal problemləri həll üçün masaya yatırmağa qadirdir.

Tahir Rzayev

Tahir Rzayev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatında Azərbaycanın xüsusi yeri var və bu təşkilatın möhkəmlənməsində Azərbaycan xüsusi rola malikdir. Deputat vurğulayıb ki, Azərbaycan digər bir çox beynəlxalq təşkilatların da üzvüdür və Azərbaycan bu təşkilatlarda uğurla təmsil olunur.

“Beynəlxalq təşkilatlarda fəal iştirakımız, söz sahibi olmağımız bir çox məsələlərin həllində bizə dəstəkdir. COP29 kimi dünya əhəmiyyətli bir tədbirin keçirilməsində və onun Azərbaycanda keçirilməsində dünyanın əksər ölkələri öz razılıqlarını ifadə etdilər. Belə bir möhtəşəm tədbir ölkəmizdə böyük uğurla keçirildi. Burada dünyanı narahat edən bir çox məsələlər həll olundu, vacib qərarlar qəbul edildi. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan beynəlxalq təşkilatlarda böyük nüfuza malikdir”-deyə Tahir Rzayev qeyd edib.

Deputat bildirib ki, ötən günlərdə Azərbaycan prezidenti Dünya İqtisadi Forumunda (Davos İqtisadi Forumu) iştirak edib və dünyanın bir çox dövlət başçıları, siyasətçiləri, böyük şirkətlərin rəhbərləri ilə görüş keçirib. Deputatın fikrincə, belə böyük beynəlxalq tədbirdə iştirak etmək, dünyanı narahat edən məsələləri qaldırmaq, iqtisadi məsələləri gündəmə gətirmək və əməkdaşlığın genişləndirilməsinə imkanlar yaratmaq ölkəmizin beynəlxalq aləmdə oynadığı rolun bir nümunəsidir.

Tahir Rzayev, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasından imtina etməsi məsələsinə də toxunub. Deputat qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasından imtina etməkdə haqlıdır: “Avropa Şurası Parlament Assambleyasının tutduğu mövqe, Azərbaycana göstərdiyi münasibət bizim milli maraqlarımıza uyğun deyildi və eyni zamanda uğurlarımıza kölgə salırdı. Avropa Şurası Parlament Assambleyası demokratiyadan, insan haqlarından və beynəlxalq hüquq normalarından danışdığı halda, öz suverenliyini tam təmin edən Azərbaycana qarşı təhdidlər, təsirlər göstərir və təcavüzkar Ermənistanı dəstəkləməkdədir. Avropa Şurası Parlament Assambleyası, Azərbaycanın əleyhinə fəaliyyət göstərir. Avropa Şurası Parlament Assambleyasında qəbul olunan bir çox qərarlar, qətnamələr reallıqları əks etdirmir, böhtan xarakterlidir və bu vasitə ermənipərəst qüvvələrin təsiri ilə hazırlanmışdır. Belə olan halda, Avropa Şurası Parlament Assambleyası kimi liberal siyasi təsirlər altında olan və təcavüzə dəstək verən bir qurumda iştirak etmək faydasızdır”.

Deputat hesab edir ki, bu təşkilatı tərk etməklə Azərbaycan əslində öz barışmaz mövqeyini ortaya qoyub. Tahir Rzayev, Gürcüstan nümayəndə heyətinin də Avropa Şurası Parlament Assambleyasını tərk etməsi məsələsi ilə bağlı qeyd edib ki, bu qərar orada iştirak edən hər bir ölkənin haqqıdır.

“Əgər hər hansı bir ölkə öz mənafeyinə uyğun gəlməyən və onun haqlarını tapdalayan bir təşkilatda təmsil olunursa, bu da onun xalqı, dövləti üçün faydalı sayıla bilməz. Belə fitnəkar təşkilatlarda, parlamentlərdə iştirak etmək əslində hörmət gətirmir”-deyə deputat vurğulayıb.

P.S. Etiraf edək ki, bu gün Azərbaycan dünyaya açılan bir qapıdır. Azərbaycan dünya birliyinə inteqrasiya olunmaqla region dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirməklə, gələcək inkişaf üçün yeni imkanlar yaradırıq. Bu da dövrün, zamanın tələbidir. Azərbaycan reallıqları nəzərə alaraq, bu təşkilatlarla əlaqələri genişləndirməkdə və möhkəmləndirməkdə öz gələcək inkişafına zəmin yaradır. Bu, hər bir azərbaycanlı üçün qürurverici bir haldır. Biz beynəlxalq aləmdə qazandığımız nüfuzla bu gün fəxr edə bilərik...

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət:  6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri