Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. “Artıq AŞPA-da olmamağımızın bir ili tamam oldu.
Yanvarda keçirilən AŞPA-nın qış sesiyası Azərbaycansız baş tutur.
Sesiyanın ilk iclasında Macarıstanlı deputat Nemeth Zsoltun Azərbaycanı AŞPA-dan uzaqlaşdırılması yanlış qərar olduğunun ifadə etməsi obyektiv fikirdir.
Çünki, Azərbaycanın AŞPA-dan uzaqlaşması avropalı deputatların sifarişlər əsasında qərarlar qəbul edilməsi və ölkəmizə qarşı nümayiş etdirilən qərəzin nəticəsində baş verdi.
Azərbaycanın AŞPA-dan uzaqlaşması AŞPA üçün itkidir. İndi Gürcüstanın uzaqlaşdırılması məsələsi müzakirə olunur.
Bu da o deməkdir ki, AŞPA deqradasiyaya uğrayıb və bu qurumun artıq demokratik dəyərlərə əsaslanmış fəaliyyəti yoxdur”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, onlar aldıqları sifarişlər əsasında hədə qorxu yolu ilə bizim kimi ölkələri özlərinə tabe etdirmək və özlərinin istədikləri kimi hakimiyyətləri formnalaşdırmaq arzusundadırlar, ona görə də avropalı deputatlar insan haqları məsələsini bizim ölkələrimizə qarşı silah kimi istifadə edirlər.
Azər Badamov “Əslində onlara insan haqları o qədər dəyərli olsaydı, torpaqlarımız işağl altında olduğu dövrdə öz doğma yurdunda yaşamaq hüquqlarından məhrum edilmiş bir milyon azərbaycanlının hüquqlarından danışardı və bununla bağlı Ermənistana təzyiq göstərərdi.