Icma.az
close
up
RU
AŞPA nın avropalı deputatları insan haqları məsələsini bizim ölkəmizə qarşı silah kimi istifadə edir

AŞPA nın avropalı deputatları insan haqları məsələsini bizim ölkəmizə qarşı silah kimi istifadə edir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Artıq AŞPA-da olmamağımızın bir ili tamam oldu. Yanvarda keçirilən AŞPA-nın qış sesiyası Azərbaycansız baş tutur. Sesiyanın ilk iclasında Macarıstanlı deputat Nemeth Zsoltun Azərbaycanı AŞPA-dan uzaqlaşdırılması yanlış qərar olduğunun ifadə etməsi obyektiv fikirdir. Çünki, Azərbaycanın AŞPA-dan uzaqlaşması avropalı deputatların sifarişlər əsasında qərarlar qəbul edilməsi və ölkəmizə qarşı nümayiş etdirilən qərəzin nəticəsində baş verdi. Azərbaycanın AŞPA-dan uzaqlaşması AŞPA üçün itkidir. İndi Gürcüstanın uzaqlaşdırılması məsələsi müzakirə olunur. Bu da o deməkdir ki, AŞPA deqradasiyaya uğrayıb və bu qurumun artıq demokratik dəyərlərə əsaslanmış fəaliyyəti yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, onlar aldıqları sifarişlər əsasında hədə qorxu yolu ilə bizim kimi ölkələri özlərinə tabe etdirmək və özlərinin istədikləri kimi hakimiyyətləri formnalaşdırmaq arzusundadırlar, ona görə də avropalı deputatlar insan haqları məsələsini bizim ölkələrimizə qarşı silah kimi istifadə edirlər.

Azər Badamov

“Əslində onlara insan haqları o qədər dəyərli olsaydı, torpaqlarımız işağl altında olduğu dövrdə öz doğma yurdunda yaşamaq hüquqlarından məhrum edilmiş bir milyon azərbaycanlının hüquqlarından danışardı və bununla bağlı Ermənistana təzyiq göstərərdi. Həm də BMT qətnamələrinin icrasında maraqlı olaraq müvafiq qərarlar qəbul edilərdi. Onda belə çıxır ki, onlar bizim kimi xalqların hüquqlarının olmadığını hesab edirlər. Əgər onlar bizim hüquqlarımızı tanımırlarsa, bizim də orada işimiz yoxdur”-deyə Azər Badamov qeyd edib.

Deputat vurğulayıb ki, AŞPA Azərbaycanı, Gürcüstanı və digər ölkələrini itirməklə özünü məhvə aparır: “Azərbaycanın AŞPA-da olmamaqla itirəcəyi, ancaq bir beynəlxalq siyasi platformada iştirak etməməkdir. Amma bizim AŞPA-dan daha səmərəli dialoq platformalarımız var və oralarda sözümüzü deyirik. AŞPA gələcəyi bilinməyən bir quruma çevrilmək yolunda sürətlə addımlayır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri