Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ürək-damar xəstəlikləri bu gün dünyada ölüm səbəbləri arasında ilk sırada yer alaraq çağımızın ən ciddi sağlamlıq problemlərindən birinə çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, kardioloqlar aspirinin ən böyük faydasını məhz ürək-damar sistemi üzərində göründüyünü bildirirlər.Mütəxəssislər 50 ildən çoxdur ki, bu dərmanın ürəyə müsbət təsiri olduğunu, infarkt və iflic riskini azaldığını deyirlər.Amma istənilən dərmanın həm faydası, həm də riski ola bilər.
Buna görə də aspirin istifadəsi barədə məlumatlı olmaq vacibdi.
Aspirin son illər xərçəngdən tutmuş saç tökülməsinə, diş çürüməsindən qaraciyər yağlanmasına qədər müxtəlif sahələrdə gündəmə gəlib.
Lakin sübut olunmuş ən əsas faydası yenə də ürək-damar sahəsindədir. Aspirin qanı laxtalandıran hüceyrələrə təsir edir.
Normalda bu, qanaxmanın qarşısını almaq üçün vacibdir. Amma damar sərtliyi olan insanlarda laxtalar infarkt və iflic riskini artırır.
Aspirin isə laxta yaranmasının qarşısını alaraq ürəyi qoruyur.Kardioloqlar daha əvvəl infarkt keçirmiş, damarlarında daralma olan və ya stent qoyulmuş insanlara aspirin tövsiyə edirlər.