Icma.az
close
up
RU
Aspirinin inanılmaz faydaları

Aspirinin inanılmaz faydaları

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ürək-damar xəstəlikləri bu gün dünyada ölüm səbəbləri arasında ilk sırada yer alaraq çağımızın ən ciddi sağlamlıq problemlərindən birinə çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, kardioloqlar aspirinin ən böyük faydasını məhz ürək-damar sistemi üzərində göründüyünü bildirirlər.Mütəxəssislər 50 ildən çoxdur ki, bu dərmanın ürəyə müsbət təsiri olduğunu, infarkt və iflic riskini azaldığını deyirlər.Amma istənilən dərmanın həm faydası, həm də riski ola bilər. Buna görə də aspirin istifadəsi barədə məlumatlı olmaq vacibdi. Aspirin son illər xərçəngdən tutmuş saç tökülməsinə, diş çürüməsindən qaraciyər yağlanmasına qədər müxtəlif sahələrdə gündəmə gəlib. 

Lakin sübut olunmuş ən əsas faydası yenə də ürək-damar sahəsindədir. Aspirin qanı laxtalandıran hüceyrələrə təsir edir. Normalda bu, qanaxmanın qarşısını almaq üçün vacibdir. Amma damar sərtliyi olan insanlarda laxtalar infarkt və iflic riskini artırır. Aspirin isə  laxta yaranmasının qarşısını alaraq ürəyi qoruyur.Kardioloqlar daha əvvəl infarkt keçirmiş, damarlarında daralma olan və ya stent qoyulmuş insanlara aspirin tövsiyə edirlər.

Lakin son araşdırmalarda məlum olub ki, az dozada aspirin sağlam insanlarda infarkt riskini azaltsa da, bəzi ciddi yan təsirlər yarada bilər.Həkimlər bildirirlər ki, ürəyində problem olmayan insanların həkimlə məsləhətləşmədən aspirin istifadə etməsi düzgün deyil.

Bu dərman özbaşına istifadə olunarsa, mədə və bağırsaq qanamaları, xoralar, nadir hallarda isə beyin qanamaları kimi problemlər yarada bilər.Xüsusilə 60 yaşdan yuxarı insanlarda hər gün aspirin içmək daxili qanama riskini artırır. Bu səbəbdən aspirin hər kəsə uyğun olmaya bilər. Hər insanın sağlamlıq durumu, damar quruluşu və riskləri fərqlidir. Ən düzgün qərarı yalnız həkim verə bilər.

Həkimlər bildirirlər ki, düzgün qidalanma, müntəzəm hərəkət, siqaretdən uzaq durmaq və stressi azaltmaq ürək sağlamlığını qorumağın ən vacib yollarıdır. 
Aspirin və digər dərmanlar bu sağlam həyat tərzini tamamlayır, amma heç vaxt onu əvəz edə bilməz. Aspirin istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri