Icma.az bildirir, Anews saytına əsaslanaraq. Aktauda sərnişin təyyarəsinin qəzasını araşdıran komissiya üzvləri yaxın günlərdə düşmüş təyyar
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.
"Gələn kimi ekspertlər dərhal qeyd olunan uçuş registratorlarından deşifrə olunmuş məlumatları öyrənməyə başlayacaqlar”, - departamentdən bildirilib.
Bundan əvvəl qəzaya uğrayan təyyarənin qara qutuları Braziliyaya göndərilib.
Yaranmış vəziyyəti şərh edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, belə bir qərar istintaqın obyektivliyini təmin etmək üçün verilib.
Azərbaycana məxsus sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanda qəza enişi edib. Nəticədə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Baş verən qəza ilə bağlı Rusiya prezidenti Putin Azərbaycan Prezidentindən üzr istəyib.
Aytac www.anews.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.