Astana Aktaudakı təyyarə qəzasını araşdırmaq üçün komissiyanın gəlməsini gözləyir
Icma.az bildirir, Anews saytına əsaslanaraq.
Aktauda sərnişin təyyarəsinin qəzasını araşdıran komissiya üzvləri yaxın günlərdə düşmüş təyyarədən çıxarılan qara qutuların şifrəsi açılmış materiallarla Astanaya gələcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.
"Gələn kimi ekspertlər dərhal qeyd olunan uçuş registratorlarından deşifrə olunmuş məlumatları öyrənməyə başlayacaqlar”, - departamentdən bildirilib.
Bundan əvvəl qəzaya uğrayan təyyarənin qara qutuları Braziliyaya göndərilib. Yaranmış vəziyyəti şərh edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, belə bir qərar istintaqın obyektivliyini təmin etmək üçün verilib.
Azərbaycana məxsus sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanda qəza enişi edib. Nəticədə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Baş verən qəza ilə bağlı Rusiya prezidenti Putin Azərbaycan Prezidentindən üzr istəyib.
Aytac
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















