Astanada Orta Dəhlizin və konteyner daşımalarının inkişafı perspektivləri müzakirə olunub

05.03.2025

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astanada “KTZ Express” ASC (KTZ-nin törəmə şirkəti) ilə Çinin nəqliyyat və logistika infrastrukturu sahəsində ən böyük şirkətlərindən biri olan “Shandong Hi-Speed Group”un rəhbərliyi arasında görüş keçirilib.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, danışıqlar zamanı tərəflər yükdaşımaların həcminin artırılması, əməkdaşlığın genişləndirilməsi və yeni logistik həllərin tətbiqi perspektivlərini müzakirə ediblər.

İclasın əsas mövzuları aşağıdakılar olub: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) ilə kənd təsərrüfatı məhsullarının daşınmasının həcminin artırılması; Mərkəzi Asiya ölkələrinə konteyner qatarlarının sayının artırılması; daşıma səmərəliliyini artırmaq üçün ikimərtəbəli konteynerlərdən istifadə imkanları.

Danışıqlar Qazaxıstan və Çinin nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və multimodal marşrutların inkişaf etdirilməsində qarşılıqlı marağı olduğunu bir daha təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью