Astanada Orta Dəhlizin və konteyner daşımalarının inkişafı perspektivləri müzakirə olunub
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astanada “KTZ Express” ASC (KTZ-nin törəmə şirkəti) ilə Çinin nəqliyyat və logistika infrastrukturu sahəsində ən böyük şirkətlərindən biri olan “Shandong Hi-Speed Group”un rəhbərliyi arasında görüş keçirilib.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, danışıqlar zamanı tərəflər yükdaşımaların həcminin artırılması, əməkdaşlığın genişləndirilməsi və yeni logistik həllərin tətbiqi perspektivlərini müzakirə ediblər.
İclasın əsas mövzuları aşağıdakılar olub: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) ilə kənd təsərrüfatı məhsullarının daşınmasının həcminin artırılması; Mərkəzi Asiya ölkələrinə konteyner qatarlarının sayının artırılması; daşıma səmərəliliyini artırmaq üçün ikimərtəbəli konteynerlərdən istifadə imkanları.
Danışıqlar Qazaxıstan və Çinin nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və multimodal marşrutların inkişaf etdirilməsində qarşılıqlı marağı olduğunu bir daha təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Mart 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















