Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Görkəmli Xalq yazıçısı, publisist Sabir Əhmədlinin (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) anım günüdür.
Yazıçının "Yazılmayan yazı" avtobioqrafik memuar-romanından: "Ömür yoldaşımla bir-birimizi istəmişik. Ayrı cür də ola bilərdi.
Yoldaşım öz baxtımmış, çıxıb qabağıma. Üç övlad bəxş edib mənə. İki oğlan, bir qız.
Hər üçü öz varlığım qədər şirin, doğma, qanı-qanımdan, canı-canımdan. Sonuncu oğlanın doğulması da qəribədir.
Kəndə getmişdik yayda dincəlməyə. Qoca xalam soruşdu: - Neçə uşağınız var? Dedim: - iki. Təəssüfləndi: - Azdır.
Bəlkə qarğa gəldi birini apardı? Demək biri tək qalacaq.Bu söhbətdən bir ilə yaxın sonra üçüncü uşaq oldu. Atam xəstəydi.
Hələ uşağın oğlanmı, qızmı olacağını bilmədən ana bətnindəykən ona hələ sağ atamın adını-Məhəmməd qoymuşduq. Elə də oldu. Gözəl oğlan idi.