Icma.az
close
up
RU
Ata, gec gəlsəm, incimə

Ata, gec gəlsəm, incimə

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Görkəmli Xalq yazıçısı, publisist Sabir Əhmədlinin (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) anım günüdür. Yazıçının "Yazılmayan yazı" avtobioqrafik memuar-romanından: "Ömür yoldaşımla bir-birimizi istəmişik. Ayrı cür də ola bilərdi. Yoldaşım öz baxtımmış, çıxıb qabağıma. Üç övlad bəxş edib mənə. İki oğlan, bir qız. Hər üçü öz varlığım qədər şirin, doğma, qanı-qanımdan, canı-canımdan. Sonuncu oğlanın doğulması da qəribədir. Kəndə getmişdik yayda dincəlməyə. Qoca xalam soruşdu: - Neçə uşağınız var? Dedim: - iki. Təəssüfləndi: - Azdır. Bəlkə qarğa gəldi birini apardı? Demək biri tək qalacaq.

Bu söhbətdən bir ilə yaxın sonra üçüncü uşaq oldu. Atam xəstəydi. Hələ uşağın oğlanmı, qızmı olacağını bilmədən ana bətnindəykən ona hələ sağ atamın adını-Məhəmməd qoymuşduq. Elə də oldu. Gözəl oğlan idi. Ərköyün, sonbeşik. Hamı onu istəyir, sevirdi. Taleyi də faciə ilə bitdi. Ermənilərlə savaşda şəhid oldu."

... "Bir kərə məni Mərkəzi Komitəyə çağırdılar, mətbuat şöbəsinin inspektoru Xeyrulla Əliyevin yanına. Onun bir xırdaca otağı vardı, eləcə tualet boyda idi. Burada, onunla üz-üzə əyləşdik. Bir pəncərəsi vardı, pəncərə Çəmbərkəndə baxırdı. O, deyir, məni başa salırdı: "Sovet hökuməti misilsiz işlər görmüşdür. Kənd təsərrüfatımız, sənayemiz böyük nailiyyətlər əldə etmişdir. Quruculuq işlərimiz vüsət tapmışdır. Bunları tərənnüm etmək əvəzinə, gözdən salmaq vicdansızlıqdır." O deyir, mənim qulağım onda, gözüm pəncərədə eşikdə idi. Onda hələ Çəmbərəkənd sökülməmişdi. Miskin daxmalar, uçuq-sökük evlər, dar, köntöy dalanlar qalırdı. Sovet hökuməti elə bil qurulmamışdı, buraya əl də dəyməmişdi. Xeyrulla Əliyev döşəyir, sovet hökumətinin nəhəng, quruculuq işlərini tərifləyir, məni başa salır, mənsə gözümü onun pəncərəsindən görünən mağmun mənzərəyə dikib susurdum. Bir ara o baxdı, mən gözümü haraya dikmişəm, O da mən baxan mənzərəni gördü. Dərhal işi anlayıb susdu. Daha bir söz deyə bilmədi. Qalxıb, onun otaqcasını tərk etdim."

Məhəmməd cəbhə bölgəsindən zəng edib atasına demişdi: “Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Sovet İttifaqının xatirinə döyüşüb. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən”.

Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub.

Allah Rəhmət eləsin...

Etibar Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri