Ata ürəyi və Sifət Alpay Azərin yeni hekayəsi | Icma.az
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kulis.az Alpay Azərin "Universitet hekayələri" silsiləsindən iki hekayəsini təqdim edir.
Ata ürəyi Müəllim dekanın kabinetində ona dedi ki, dördüncü kursda, 422a qrupunda oxuyan qohumu Cəlilov Qurban marketdə satıcı işləyir, dərslərə heç cürə gələ bilmir, nə qədər lazımdı, "hörmətini" etməyə hazırdı, mümkünsə, müəllimlərə tapşırardız, bu semestr dərslərdə ona qayıb yazmasınlar.
Dekan "Hansı marketdə işləyir?", "Sənə necə qohum düşür?" suallarını verə-verə, arada beynində hesablama aparıb bunun yeddi yüz manata başa gələcəyini dedi.
"Etiraz eləmirsizsə, elə indi zəng eliyim qohuma, - müəllim dedi. - "Amma demə ki, burda yanımdasan, - dekan təşvişlə dilləndi.
Müəllim: "Hə, əlbəttə", - deyib qohumunun nömrəsini yığdı: "Alo, salam... Hə, mənəm.
Qulaq as, mən bir az qabaq onun yanındaydım, sənin məsələni danışdım. Yeddi yüzdü qiyməti... Dollar yox, manat...
Aşağı saldırmaq deyəndə, mənə axı demişdin, nə qədər lazımdı, verməyə hazırsan... Oldu, amma tez zəng elə, mənə konkret cavab de.
Tam oxu
Xəbəri oxu