Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

Ata ürəyi və Sifət Alpay Azərin yeni hekayəsi

Ata ürəyi və Sifət Alpay Azərin yeni hekayəsi

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Alpay Azərin "Universitet hekayələri" silsiləsindən iki hekayəsini təqdim edir.


Ata ürəyi

Müəllim dekanın kabinetində ona dedi ki, dördüncü kursda, 422a qrupunda oxuyan qohumu Cəlilov Qurban marketdə satıcı işləyir, dərslərə heç cürə gələ bilmir, nə qədər lazımdı, "hörmətini" etməyə hazırdı, mümkünsə, müəllimlərə tapşırardız, bu semestr dərslərdə ona qayıb yazmasınlar. Dekan "Hansı marketdə işləyir?", "Sənə necə qohum düşür?" suallarını verə-verə, arada beynində hesablama aparıb bunun yeddi yüz manata başa gələcəyini dedi. "Etiraz eləmirsizsə, elə indi zəng eliyim qohuma, - müəllim dedi. - "Amma demə ki, burda yanımdasan, - dekan təşvişlə dilləndi. Müəllim: "Hə, əlbəttə", - deyib qohumunun nömrəsini yığdı: "Alo, salam... Hə, mənəm. Qulaq as, mən bir az qabaq onun yanındaydım, sənin məsələni danışdım. Yeddi yüzdü qiyməti... Dollar yox, manat... Aşağı saldırmaq deyəndə, mənə axı demişdin, nə qədər lazımdı, verməyə hazırsan... Oldu, amma tez zəng elə, mənə konkret cavab de. Sənə görə maksimum ikinci dəfə onun yanına girə bilərəm... Özünə yox, köməkçisinə verəssən. Oldu", - telefonu qapadıb dekana "İndilərdə zəng edəcək" - dedi.

Dekanın sifəti soldu, ona elə gəldi, tələbə zəng edib qiyməti yüz manat endirməkdən dəm vuracaq. Qabaqdangəlmişlik taktikasına keçdi: "Nəzərə al ki, dediyim o pul tək mənə çatmır ha", - ad çəkməsə də, bu prosesdə rektorun da hesabını verəcəyinə işarə vurdu. "Başa düşdüm, amma gözləyək, görək nə deyir. Bəlkə razılaşacaq o qiymətə?!" - müəllim ümidli baxışlarla dedi. Sonra dekan iki-üç sual verdi, "Dərslərin necə gedir?", "Seçmə fənnin proqramını yazmısan?" Biləndə ki, müəllim hələ proqramı yazmayıb onu tələsdirdi: "Elə et ki, gələn ay fakültə elmi şurasına müzakirəyə..."

Bu vaxt müəllimin mobil telefonuna zəng gəldi. "Hə, eşidirəm... Nə? Beş yüz? Qurban, barmağına dolamısan məni?" - "Ss, yavaş", - dekan müəllimə gözünü ağardıb dilləndi, yəni yan otaqda laborant qızlar eşidə bilər, otağın qapısı isə bağlıydı. Dekanın sifətindəki narazılığı görən müəllim anladı ki, sövdələşmə alınmayacaq, qohumunun qiymət salmağı onu əsəbiləşdirmişdi: "Ay Qurban, dəqiq bilirəm, o rəqəmə razı olmayacaq... İndi də altı yüz deyirsən. Bunu bayaqdan demək lazımıydı, oyun oynuyursan? Hə, bir şeyi deyim, Allaha and olsun, bu işdə bir manat belə marağım yoxdu ha... Birdən elə bilərsən mən arada nəsə qazanıram, elə şey yoxdu". Dekan yenə ona gözünü ağartdı. Ürəyində özünü söyən müəllim ("Qələt eliyərəm, bir də belə işə baş qoşaram".) söhbətə yekun vurmaq qərarına gəldi: "...Yaxşı, bir də yanına gedərəm, görüm nə deyəcək. Oldu, sən sabah on birin yarısı gələrsən universitetə, üçüncü mərtəbədə görüşüb danışarıq". Dekan başını bulayıb narazı tonda dedi: "Yox, altı yüz azdı. Dedim axı, məsələ tək mənlik deyil". Sonda altı yüz əlli manata razılaşdı.

Ertəsi gün səhər saat on birin yarısı müəllim Qurbanla danışdıqları yerdə görüşdülər. Müəllimin ağzından "Altı yüz əllidən aşağı enmədi" cümləsi çıxan kimi, tələbə sevincək əlini cibinə saldı. Müəllim tez pıçıltıyla dedi: "Dünən sənə telefonda dedim, mənə yox, köməkçisinə aparıb verəcəksən. Yenə deyirəm, Allaha and olsun, o puldan bir qəpik qazancım yoxdu, məqsədim qohum kimi sənə kömək etməkdi. Yaxşı, sən hardan bildin ki, dekan əlli manat aşağı düşdü? Yoxsa, mənnən xəbərsiz onunla danışmısan?" - "Yox vallah, o barədə burda sizdən başqa heç kimlə danışmamışam. Nəsə ürəyimə damdı ki, əlli düşəcək", - deyib tələbə güldü.

İki gün sonra axşamüstü dekan müəllimə zəng edib yanına çağırdı, aldığı puldan əllilik vermək istəyəndə, qol itələşməsi başladı. Müəllim pulu götürmədən onun otağından tələsik çıxdı.

Həmin gün dekan nahar vaxtı universitetdən çıxıb yaxınlıqdakı banka dəydi, manatları altı yüz avroya dəyişdi. Onda manat avrodan, dollardan güclüydü. Sonra xaricə pulköçürmə şöbəsində növbə tutmaqçün elektron cihazdan nömrə götürdü.

Evdə axşam yeməyindən, çaydan sonra, dekan skaypla Azad Berlin Universitetinin hüquq fakültəsinin dördüncü kursunda oxuyan oğluyla danışırdı: "...Ay bala, mübahisə eləmə, deyilənə qulaq as. Yenə deyirəm, magistraturada mülki hüququ seçərsən. Başa düş, qayıtmağa qərar versən, gəlib burda beynəlxalq hüquq üzrə iş tapa bilməyəssən. İndi dövlət orqanlarında güclü ixtisarlar gedir, həmin o beynəlxalq hüquq diplomu alanların çoxu, ya çöldə qalıblar, ya da Azərseldə operator işliyirlər. Amma sən mülki hüquq üzrə magistr diplomu alsan, dövlət qulluğuna imtahanı yaxşı verərsən, məhkəmədə iş taparsan, inşallah. O variant alınmasa, hüquq şirkətlərindən birində vəkil kimi işləyə bilərsən. Savadlı vəkillər indi yaxşı pul qazanır, biləsən bunu. Ən pis halda notariusda sənə bir iş tapılar. Bura qayıtmıyassan?.. Bəs axı elə bil keçən dəfə başqa söz deyirdin? Nə isə, bu söhbəti sonraya saxlıyaq. Səndə indi nə qədər pul var?... Yeddi yüz avro, lap yaxşı. Sənin bank kartına bu gün altı yüz avro köçürdüm, elədi min üç yüz. Bir ayçün mən bilən, bəs eliyər sənə. Gələn ayın əvvəli yenə göndərəcəm. Yeməyinə fikir ver, heç olmasa, iki gündən bir sup iç... Nooldu sənin hüquq nəzəriyyəsi imtahanın?... İndidən kəsilməkdən danışırsan. Olmadı ki. Otur, ciddi hazırlaş də... Otur hazırlaş, mübahisə eləmə..."

Xasiyyətinə bələdiydi, əminiydi yeganə övladı olan oğlu öz bildiyini edəcək, magistraturada mülki, yox, beynəlxalq hüququ seçəcək, magistr diplomunu alandan sonra, Bakıya qayıtmayacaq, orda iş tapıb başlayacaq Almaniya vətəndaşlığı üçün lazım olan sənədləri toplamağa. Alman qızıyla evlənsə, etiraz etməyəcək. Oğluna heç olmasa, Berlində bir otaq almaqçün yollar axtarırdı. Mərdəkandakı bağ evini satmağın, semestrlərdə qayıbları silməyin, imtahanların hesabına maksimum "gəlir" əldə etmək. Bir otaqçün pul çatmasa, bankdan kredit götürmək, bahalı "Mersedes"ini satıb ucuzunu almaq variantı da ağlına gəlmişdi. Sonra fikirləşdi, bəlkə, oğlu elə düz edir bura qayıtmır.


****

Sifət

Kafedra müdiri professor Qalib Vəliyev semestrin sonunda üçüncü kursda oxuyan Əkbərə dedi: "Qayıbların silinməsinə görə yüz, seminarlara görə yüz, sərbəst iş yüz, imtahan yüz manat. Neçə elədi?" - "İki yüz". - "Yoox". - "İki yüz əlli". - "Telefonunda hesabla, mənə inanmırsansa," - deyib kafedra müdiri güldü. "Elə bilir gülməklə öz bildiyini eliyəcək" fikirləşən tələbə dedi: "Yaxşı, üç yüz və söhbət bağlandı". - "Üç yüz əlli və sən demişkən, söhbəti birdəfəlik bağlıyırıq," - öncə gülən Qalib müəllim qəfil ciddi sifət aldı, yəni uzatma, deyilənlə razılaş.

Əkbər mobil telefonlar satılan dükanda işləyirdi deyə, vaxt edib tək Qalibin yox, əksər müəllimlərin də dərslərinə girməmişdi. Biri iki yüzə, o biri iki yüz əlliyə razılaşmışdı, ən çox (üç yüz) fəlsəfə müəllimi istəmişdi, Əkbər hamısının pulunu vermişdi. Qalibin "oxuduğu" son qiymət, - üç yüz əlli manat həyasızlıq nümunəsi kimi gəlmişdi ona.

Qalibin yanından çıxan kimi Əkbər köhnə qonşuları, tədris işləri üzrə prorektor Hikmət müəllimin yanına getdi. Bir vaxtlar eyni binada yaşamışdılar, Əkbərin atasıyla salam-əleykümü vardı. Universitetə qəbul olanda atası oğluna demişdi, sessiyalarda ciddi bir problemi olsa, ona yaxınlaşsın, salamını çatdırıb problemini desin. Birinci kursda ilk dəfə universitetin dəhlizində Hikmət müəllimi görəndə yaxınlaşıb tanışlıq vermişdi, atasının salamını çatdırmışdı. Hikmət müəllim də sağollaşanda demişdi: "Burayla bağlı çətinliyin olsa, mənə yaxınlaşarsan".

"...Nə? Dörd yüz?" - prorektorun qaşları yuxarı qalxdı. "Hə, amma sonra dediyim kimi, əlli düşdü". - "Bunun iştahına bir bax. Üç yüz də ona çoxdu". - "Hikmət müəllim, inanın, yeri gəlsə, o əlli manatı iki yüz əllinin üstünə qoyardım, ürəyimdə "haram xoşun olsun" deyib verərdim. Sadəcə, bu adamın tamahkarlığına görə prinsipə düşdüm". - "Əcəb eləmisən". Prorektor bir qədər fikirləşəndən sonra məhrəm təbəssümlə soruşdu: "Harda işliyirsən? - "Telefon dükanında". - "Aydındı. Bəs o biri məllimlərlə neynədin?" - "Birinə iki yüz, o birinə iki yüz əlli verdim". - "Ha-ha-ha. Birinə, o birinə, sən lap siyasətçilər kimi ad çəkmirsən. Düzünü de, Akifə nə qədər vermisən?" - prorektor bic-bic gülümsədi. Akif fəlsəfədən dərs deyirdi. "Üç yüz," - Əkbər yavaş səslə dedi. "Bax, fəlsəfə səndə qeyri-ixtisas fənnidi. Bu qədər tamahkar olmaq olmaz axı. Mənlə məsləhətləşsəydin, o qədər verməzdin. Ən azı yüz saldırardım, o pul cibində qalardı".

Bu vaxt Əkbərə elə gəldi ki, Qaliblə bağlı əsas məsələyə keçməyin əsl məqamıdı, tez dilləndi: "Hikmət məllim, düzü, elə istərdim xeyrim sizə dəysin. Mümkünsə, Qalib məllimlə olan məsələni..." - "Hə, mümkündü". - "Yəni nə qədər lazımdısa verim?" - "Onun birinci dediyi rəqəmin yarısını versən, bəsdi". Əkbər iki yüz manatı nəzərdə tutaraq barmağıyla iki rəqəmini göstərdi, prorektor başını tərpətdi. Tələbə tez əlini cibinə salanda prorektor dilləndi: "Sən belə elə. Aşağıda, kitab mağazasında Nizami Muradovun "Fizika kursu" kitabı satılır. Beş manatdı qiyməti, yəni baha deyil. Mağazaya girən kimi, solda, birinci rəfdədi. Onu alarsan, dediyimi arasına qoyub sabah axşamüstü gətirib şəxsən mənə verərsən. Burda olmasam, birdən çaşıb kitabı qıza vermə ha," - başıyla katibəsi olan otağı göstərdi, sonra bir az fikrə gedib dilləndi: - Atanın xətrinə, əlli də salıram". - "Ay məllim, çox sağ olun. Allah sizdən razı olsun!" - "Atana salam deyərsən".

Semestrin sonu yüz əlli manatın hesabına və Qalib müəllimə bir manat vermədən Əkbərin qayıbları qeyb oldu, sərbəst işdən, seminarlardan üç aldı. İmtahanda isə biletdə birinci suala Messinin müxtəlif illərdə klub transferlərindən, ikinci suala Quba və İsmayıllı Qızıl Əhməd almaları arasında zahiri və dad fərqlərindən, üçüncü suala sevdiyi Vinni Pux cizgi filmində əsas personajların dovşangilə qonaq getmələrindən, dördüncüdə səhər yuxudan duranda şirinçayı yağ-pendir, yoxsa, yağ-süzmə qarışığıyla içməyi barədə xeyli düşünməyindən, sonda acı çayla yağ-bal yeməyindən, beşincidə isə bir cümlə yazdı: "Görən, "Keçəl qızın hörükləri" adı ilk dəfə kimin ağlına gəlib?" Nəhayət, Qalibin imtahanından üç alan Əkbər semestri kəsirsiz başa vurdu.

Növbəti semestrin əvvəli Qalib dəhlizdə onu görən kimi hirslə dedi: "Bu universitetdə aspirantura üzü görmüyəcəksən". - "Onu hardan çıxartdız ki, aspiranturaya girmək fikrim var?" Qalib duruxdu, yavaş səslə dedi: "Düzünü de, Hikmətə nə qədər vermişdin?" - "Heç nə qədər". - "Heç kimə demiyəcəm, yavaşca de". - "Dedim də, bir manat da verməmişəm". - "Ay uşaq, onsuz da gec-tez biləcəm, gizlətməklə deyil ha," - Əkbər əlini yelləyib ondan aralandı.

Sonrakı günlər dəhlizdə üz-üzə gələndə, bir-birlərini görməməzliyə vurdular. Əkbər magistraturanın ikinci kursunda oxuyanda, Qalib qəfil onu saxlayıb salamsız-kəlamsız başladı: "Sənə demişəm də, aspiranturaya qoymuyacam səni". - "Off, başa düşün, elm mənlik deyil, nifrət eliyirəm elmə. Mənlik olsaydı, seminarlara cavab verərdim, sərbəst iş yazardım, imtahanlara hazırlaşardım". - "Bəs əsgərlik məsələsi?" - "Narahat olmuyun, onu özüm həll eliyəcəm". - "Bax, bəri başdan deyirəm, sən pulla aspiranturaya qəbul ola bilərsən, amma minimum imtahanında sənə üç yazsam, atamın oğlu deyiləm". Son eşitdiklərindən sonra Əkbər eləcə başını tərpətdi, guya razılaşdı. "Bu sarsaq yaxşı bilir ki, mən aspiranturaya daxil olan deyiləm, eləcə məni cırnadıb kayf tutmaq istiyir. Eybi yox, qoy ürəyini boşaltsın, onsuz da üç aydan sonra bunun sifətini bir də görmüyəcəm," - fikirləşdi.

Artıq illər keçmişdi, Əkbər boyalar satılan şirkətdə baş menecer işləyirdi. Bir gün axşamüstü dördüncü sinifdə oxuyan oğluna planşet almaqçün kompüter dükanında mallara baxarkən, qəfil adını eşitdi, səsindən tanıdı. "Uy da, genə bunun sifətini görəcəm? Yüz faiz soruşacaq ki, Hikmətə o vaxt nə qədər pul verdin?" fikirləşdi. "Salam, hal-əhval", "Harada işləyirsən?", "Evlənmisən? Neçə uşağın var?" suallarından sonra Qalib soruşdu: "Sən Allah, düzünü de, o vaxt Hikmətə nə qədər vermişdin?" - "Ay məllim, yüz il keçib üstündən, bunu indi soruşmağın nə mənası var axı?" - "Bəs əsgərliyi neynədin?" - "Fövqəladədə xidmət elədim". - "Hmm, lap yaxşı. Deyirsən, işin-gücün yaxşıdı hə?" - "Yaxşı yox, əladı". - Əkbər ədayla cavab verdi. Müəllim bunu gözləyirmiş kimi tez dedi: "Lap yaxşı. Nəvəmə telefon alıram, bəlkə ilkin ödənişə mənə kömək edəsən?" Bunu heç gözləməyən Əkbər matdım-matdım xeyli ona baxıb dilləndi: "Nə qədər?" - "Yetmiş beş manat". Əkbər qeyri-ixtiyari əlini cibinə saldı.

Hüseyn Abdullayevə hökm oxundu Baş redaktor və müavininə hökm oxundu "Şahsiyet" Fransada
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see344

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see251

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see231

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see228

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see212

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see211

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see208

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see198

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see180

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see179

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see177

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see173

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see173

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see173

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see172

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see169

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see165

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see161

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri