Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Startı dekabrın 3-də verilən İtaliya kubokunun 1/8 finalında bu həftə daha 4 oyun keçirildi.
Bununla da turnirin ən güclü 8 komandası müəyyənləşdi.Qeyd edək ki, reqlamentə əsasən, A seriyasının son mövsümünü ilk 8 yerdə başa vuran “İnter”, “Milan”, “Yuventus”, “Atalanta”, “Bolonya”, “Roma”, “Latsio” və “Fiorentina” ölkə kubokunda mübarizəyə 1/8 finaldan başladılar.
Bu komandalar biroyunluq mübarizədə rəqibləri ilə öz meydanlarında qarşılaşdılar.
Dekabrın 3-5-i aralığında baş tutan ilk 4 oyunda “Bolonya” və “Milan”ın qələbəsi gözlənilirdisə, “Fiorentina” ilə “Napoli”nin mübarizəni dayandırması diqqətdən yayınmamışdı.Bu həftənin oyun proqramı dekabrın 17-də Turindəki matçla başladı.
A seriyasında keçirdiyi son 4 oyunu heç-heçə başa vuran “Yuventus” sanki bütün acığını “Kalyari”dən çıxdı.
Xatırladaq ki, bu komandalar arasında A seriyasının cari mövsümünün Turində oktyabrın 6-da baş tutan ilk matçı 1:1 hesabıyla nəticələnmişdi.
Həmin oyunun 88-ci dəqiqəsində Marin penaltidən yararlanmış və turinlilər ölkə çempionatının 7-ci turunda qapısından ilk qolu buraxmışdı.