Icma.az
close
up
RU
“Atalanta”: son 12 oyunda 11ci qələbə!

“Atalanta”: son 12 oyunda 11ci qələbə!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Startı dekabrın 3-də verilən İtaliya kubokunun 1/8 finalında bu həftə daha 4 oyun keçirildi. Bununla da turnirin ən güclü 8 komandası müəyyənləşdi.

Qeyd edək ki, reqlamentə əsasən, A seriyasının son mövsümünü ilk 8 yerdə başa vuran “İnter”, “Milan”, “Yuventus”, “Atalanta”, “Bolonya”, “Roma”, “Latsio” və “Fiorentina” ölkə kubokunda mübarizəyə 1/8 finaldan başladılar. Bu komandalar biroyunluq mübarizədə rəqibləri ilə öz meydanlarında qarşılaşdılar. Dekabrın 3-5-i aralığında baş tutan ilk 4 oyunda “Bolonya” və “Milan”ın qələbəsi gözlənilirdisə, “Fiorentina” ilə “Napoli”nin mübarizəni dayandırması diqqətdən yayınmamışdı.
Bu həftənin oyun proqramı dekabrın 17-də Turindəki matçla başladı. A seriyasında keçirdiyi son 4 oyunu heç-heçə başa vuran “Yuventus” sanki bütün acığını “Kalyari”dən çıxdı. Xatırladaq ki, bu komandalar arasında A seriyasının cari mövsümünün Turində oktyabrın 6-da baş tutan ilk matçı 1:1 hesabıyla nəticələnmişdi. Həmin oyunun 88-ci dəqiqəsində Marin penaltidən yararlanmış və turinlilər ölkə çempionatının 7-ci turunda qapısından ilk qolu buraxmışdı. Bu dəfə sardiniyalılar oyunda ilk real qol şansını yaratsalar da, Di Qreqorio komandasını xilas etdi. Maraqlıdı ki, iki ay əvvəl olduğu kimi, bu dəfə də hesabı Vlahoviç açdı. Matçın ilk yarısını minimal üstünlüklə başa vuran “Yuventus” fasilədən sonra oyuna nəzarəti tamamilə ələ alaraq daha üç cavabsız qol vurdu.
Turnirin son qalibi kimi sonuncu finalçısı da rəqibini böyük hesabla məğlub etdi. “Atalanta”nın B seriyasında çıxış edən “Çezena”nı 6:1 hesabıyla darmadağın etdiyi oyunda De Ketelare ilə Samarciç dubl etdi. Qeyd edək ki, hazırda A seriyasında liderlik edən “Atalanta” bütün turnirlərdə keçirdiyi son 12 oyunda 11-ci qələbəsini qazandı. Can Pyero Qasperininin komandası oktyabrın 26-dan ötən müddətdə yalnız Çempionlar Liqasında “Real”a uduzub (2:3).
Artıq İtaliya kubokunda B seriyası təmsilçisi qalmayıb. Bu liqadan olan “Sampdoriya” paytaxtda 1:4 hesablı məğlubiyyətə uğradı. A seriyası komandalarının oyununda isə “İnter” evdə “Udineze”ni iki cavabsız qolla məğlub edərək sonuncu 1/4 finalçı oldu. Bu mərhələnin oyunları gələn ilin fevralında keçiriləcək.
1/8 final
Yuventus – Kalyari 4:0
D.Vlahoviç, 44. Koopmeyners, 53. Konseysao, 80. Qonsales, 89.
Yuventus: Di Qreqorio, Savona, Lokatelli, Kalulu, Makkenni, Koopmeyners (Qatti, 58), K.Türam, Konseysao (Vea, 81), Yıldız (Qonsales, 66), Mbanqula, D.Vlahoviç (Aciç, 81).
Atalanta – Çezena (D-2) 6:1
Zappakosta, 4. De Ketelare, 8; 35. Samarciç, 27; 71. Breşianini, 54 – Sisey, 90.
Atalanta: Patrisio (Rossi, 78), Cimşiti (Qodfri, 64), Hin (Sulemana, 64), Toloy, Samarciç, De Ketelare (Zanyolo, 52), Zappakosta, Paşaliç (Breşianini, 52), De Roon, Palestra, Retegi.
Roma – Sampdoriya (D-2) 4:1
Dovbik, 9; 19. Baldantsi, 24. Şomurodov, 79 - Yepes, 61.
Roma: Rayan, Ndika, Ermoso, Anxelinyo, Çelik, Zalevski (Dal, 71), Baldantsi, Pizilli (Le Fe, 62), Paredes (Lorentso Pelleqrini, 71), Salemakers (Sule, 62), Dovbik (Şomurodov, 78).
İnter – Udineze 2:0
Arnautoviç, 30. Asllani, 45+2.
İnter: X.Martines, Darmian, Bissek, Bastoni (Dyumfris, 63), Bükünen (Palasios, 74), Auqusto, Frattezi (Aydu, 89), Asllani (Çalhanoğlu, 63), Zyelinski, Arnautoviç (Lautaro Martines, 63), Taremi.
Mərhələnin digər oyunlarının nəticələri: Bolonya – Montsa 4:0 (Pobeqa, 32. Orsolini, 35. Dominges, 63. Kastro, 77), Milan – Sassuolo (D-2) 6:1 (Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 69), Fiorentina – Empoli 2:2, p. – 3:4 (Ken, 59. Sottil, 71 – Ekonq, 4. Espozito, 75), Latsio – Napoli 3:1 (Noslin, 32; 41; 50 – Simeone, 36).
2025-ci il fevralın 5-də keçiriləcək 1/4 final oyunlarında cütlər belə formalaşıb: Yuventus – Empoli, Bolonya – Atalanta, Milan – Roma, Latsio - İnter.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see347

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see260

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see254

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see238

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see229

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see228

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see223

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see221

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see220

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see219

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see216

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see209

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see206

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see204

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see195

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see194

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see194

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see193

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri