Icma.az, Modern.az saytına istinadən bildirir. Azərbaycanın kiçik yaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçi
Belə ki, Avropa çempionatı üzrə qızıl medal qazananlardan biri də Dərya Hüseynovadır.
Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.
Qeyd edək ki, Elbrus Hüseynov şəhid olduqdan sonra “Vətən uğrunda “, “Füzulinin azad edilməsi uğrunda” və “Cəbrayılın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.
Dərya Göygöl şəhər 6 nömrəli tam orta məktəbin III sinif şagirdidir. Onun 8 yaşı var.
Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı Avropa çempionatı, şəhid qızı Dərya Hüseynova ilə əlaqə saxlayıb.
O, Təhsil Portalı ilə təəssüratlarını bölüşüb. Müsahibəni təqdim edirik. -Dərya, səni ilk növbədə qalib olmağın münasibətilə təbrik edirəm.
Neçə yaşından idmanla məşğul olursan? -Çox sağ olun. 5 yaşımdan etibarən taekvondo idman növü üzrə məşğul oluram.