Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Atamın arzusunu reallaşdırdım Avropada qızıl medal qazanan şəhid QIZI

Atamın arzusunu reallaşdırdım Avropada qızıl medal qazanan şəhid QIZI

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanın kiçik yaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.

Belə ki, Avropa çempionatı üzrə qızıl medal qazananlardan biri də Dərya Hüseynovadır. Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Qeyd edək ki, Elbrus Hüseynov şəhid olduqdan sonra “Vətən uğrunda “, “Füzulinin azad edilməsi uğrunda” və “Cəbrayılın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.

Dərya Göygöl şəhər 6 nömrəli tam orta məktəbin III sinif şagirdidir. Onun 8 yaşı var.

Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı Avropa çempionatı, şəhid qızı Dərya Hüseynova ilə əlaqə saxlayıb.

O, Təhsil Portalı ilə təəssüratlarını bölüşüb.

Müsahibəni təqdim edirik.

-Dərya, səni ilk növbədə qalib olmağın münasibətilə təbrik edirəm. Neçə yaşından idmanla məşğul olursan?

-Çox sağ olun. 5 yaşımdan etibarən taekvondo idman növü üzrə məşğul oluram.

-Bəs bu idman növünə həvəsin haradan yaranıb? Necə oldu ki, idmançı olmaq qərarına gəldin?

-Mənim idmançı olmağım atamın arzusu idi. Mən də atamın bu arzusunu həyata keçirmək üçün taekvondo ilə məşğul oluram.

-Atan məhz taekvondo üzrə idmançı olmağını istəyib?

-Bəli.

-Buna səbəb nə idi?

-Düzünü desəm, valideynlərim bu haqda düşünüblər. Onlar qərara gəldilər ki, məhz bu idman növünü seçsəm, daha az zədə alacam.  

-Dərya, ailədə neçə uşaqsınız?

-Ailədə 2 uşağıq. Məndən bir yaş böyük bacım var. Adı Aydandır. O, 4-cü sinifdə oxuyur.

-Bacın da sənin kimi idmana gedirmi?

-Bəli.

-Hansı növ üzrə?

-Aydan da mənim kimi taekvondo üzrə məşğul olur.

-Lap yaxşı. Sənə və bacına uğurlar arzulayıram. Dərya, idmanla məşğul olmaq dərslərinə mane olurmu?

-Xeyr, heç bir mane olmur. Həm dərslərimə, həm də idmana vaxtı-vaxtında gedib-gələ bilirəm. Yəni dərslərimi axsatmıram.

-Qeyd etdin ki, idman dərslərinə mane olmur. Bəs dərslərini yaxşı oxuyursanmı?

-Bəli. Ən çox ingilis dili fənnini yaxşı oxuyuram. Bunu mənə müəllimlər də deyir. Digər fənləri də yaxşı oxuyuram, sadəcə olaraq ingilis dili üzrə daha bacarıqlı olduğumu düşünürəm. Avropa çempionatına hazırlaşdığım vaxtlarda dərslərdən geri qalmamaq üçün müəllimim mənə əlavə evdə də dərslərimi izah etməyə gəlirdi. Əlaçı olduğuma görə şərəf lövhəsində şəkilim var.

-Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?

-Mən gələcəkdə idmançı olmaq istəyirəm. Bunun üçün də çox çalışıram.

-Atanla birgə keçirdiyin günlərdən yaddaqalan ən xoş xatirələrin hansıdır?

-Atam şəhid olanda 4 yaşım var idi. Amma buna baxmayaraq atamla bağlı günlərimi unutmamışam. O, işdən gələndə mənimlə həmişə idman edirdi. Yerə döşək atıb onun üzərində güləşərdik. Atam: “sən mənim oğlum, Aydan isə qızımdır”,- deyərdi. Nə qədər yorğun olsa da, mənimlə hər zaman məşq edərdi.

Dəryanın anası Pərvanə xanım qeyd edir ki, həm mənim, həm də yoldaşım arzusu qızımın idmançı olmasıdır:

“Yoldaşım futbolçu idi. Daha sonra zədə aldığı üçün futboldan ayrılmalı oldu. Mənə həmişə deyirdi ki, bir vaxt gələcək qızlarımızı Avropa çempionu kiimi görəcəyik. O, şəhid olandan sonra özümü toparlayıb arzumuzu həyata keçirmək üçün əlimdən gələni etməyə başladım. Arzum odur ki, yoldaşımın uşaqlarımızla bağlı diləyini həyata keçirə bilim.

Həyatımda qürur hissinin nə demək olduğunu mənə Dərya yaşatdı. Həm özümün, həm də yoldaşımın yerinə onula o qədər qürur duydum ki, bizə böyük sevinc yaşatdı. Tək istəyim odur ki, qızlarım atalarının adlarını özləri ilə bərabər yaşadıb uca tutsunlar. Qızlarım atalarının ölmünü anlamadığı üçün qəbullana bilmirlər. İndiyə kimi elə bilər ki, işdədir.

Yoldaşım oktyabrın 11-i evə gəldi. Həmin vaxt Aydan yatmışdı, amma Dərya oyaq idi. Sanki hiss etmişdi ki, ona nəsə olacaq. Sonuncu dəfə Dəryanı möhkəm bağrına basaraq qucaqladı. Dərya ilə onun arasındakı münasibət tamamilə fərqli idi. Onlar bir-birinə çox bağlı idilər. Sonuncu dəfə telefon danışığımız ayın 16-da oldu. Hiss elədim ki, o da kövrəlib. “Uşaqları sənə, səni də Allaha əmanət edirəm”, - dedikdən sonra telefonda set kəsildi. Elə axrıncı sözü, tapşırığı o oldu...

Hətta yaralandığı vaxt döyüş yoldaşlarına deyib ki, qoymayın mənə nəsə olsun, mənim iki qızım var. Onlar məni gözləyir.

Yoldaşım müharibənin ilk günlərində Murov dağında döyüşüb. Daha sonra Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda mübarizə aparıb. 19 oktyabr Cəbrayıl şəhərinin azad edilməsi uğrunda qəhrəmancasına şəhid oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri