“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq”

16.06.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin “Kızılcık şerbeti” serialında Abdullah obrazını canlandıran aktyor Ahmet Mümtaz Taylan həmkarı Ece İrtemin vəfatından danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, o, hadisədən 2 gün öncə görüşəcəkləri barədə razılığa gəldiklərini bildirib.

“Anladığımız qədərilə infarkt keçirib. Atası prokuror idi, ona görə də hər şey lazımi qaydada araşdırılacaq.

Lakin itirdiklərimiz geri qayıtmır. İki gün əvvəl mənə zəng etmişdi, bu həftəiçi üçün görüş təyin etmişdik. Dəhşətli hadisədir...”, - aktyor deyib.

Qeyd edək ki, “Kızılcık şerbeti”ndə Işıl obrazına həyat verən E.İrtem “Abdullah”ın sevgilisi rolunda yer alıb. O, ötən gün 35 yaşında evində ürəktutmadan dünyasını dəyişib.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью