“Atası prokuror idi, ölümü lazımi qaydada araşdırılacaq”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin “Kızılcık şerbeti” serialında Abdullah obrazını canlandıran aktyor Ahmet Mümtaz Taylan həmkarı Ece İrtemin vəfatından danışıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, o, hadisədən 2 gün öncə görüşəcəkləri barədə razılığa gəldiklərini bildirib.
“Anladığımız qədərilə infarkt keçirib. Atası prokuror idi, ona görə də hər şey lazımi qaydada araşdırılacaq.
Lakin itirdiklərimiz geri qayıtmır. İki gün əvvəl mənə zəng etmişdi, bu həftəiçi üçün görüş təyin etmişdik. Dəhşətli hadisədir...”, - aktyor deyib.
Qeyd edək ki, “Kızılcık şerbeti”ndə Işıl obrazına həyat verən E.İrtem “Abdullah”ın sevgilisi rolunda yer alıb. O, ötən gün 35 yaşında evində ürəktutmadan dünyasını dəyişib.



Bu mövzuda digər xəbərlər:16 yaşlı Mədinənin ölümü ilə bağlı YENİ DETALLAR: Atası DANIŞDI FOTOLAR
30 İyul 2026 14:29
Məktəbdə 10 nəfərin ölümü ilə bağlı ilk məhkəmə Atası: “Oğlumdan şikayətçiyəm”
04 Sentyabr 2026 14:24
“3 4 dəqiqənin içində atası görüb ki...” 3 yaşlı uşağın faciəvi ölümü VİDEO
25 Dekabr 2025 21:45
Müğənninin ölümü ilə bağlı yeni detallar Prokuror danışdı
12 Dekabr 2025 11:35
Atası qaçaq olan, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti Mikayıl Mirzə haqqında maraqlı faktlar
03 İyun 2025 11:41
Baxış sayı:109
Bu xəbər 16 İyun 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















