Lent az saytına istinadən Icma.az xəbər verir. Bü gün Kəlbəcərdə baş verən qəzada həlak olan qadın hərbçi İlahə Şahverdiyeva ilə bağlı ürəkd
Lent.az-ın məlumatına görə, İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.
İlahə Şahverdiyevanın atası 1-ci Qarabağ şəhidi, əmisi isə Milli Qəhrəmandır. O, Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.
Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
*** saat 15:29 Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub. Hadisənin təfərrüatı araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.