Atası şəhid oldu, gənc oğlunu itirdi, özü qəzada öldü İlahə Şahverdiyeva ilə bağlı ürəkdağlayan fakt
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bü gün Kəlbəcərdə baş verən qəzada həlak olan qadın hərbçi İlahə Şahverdiyeva ilə bağlı ürəkdağlayan faktlar məlum olub.
Lent.az-ın məlumatına görə, İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.
İlahə Şahverdiyevanın atası 1-ci Qarabağ şəhidi, əmisi isə Milli Qəhrəmandır. O, Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
***
saat 15:29
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
Baxış sayı:142
Bu xəbər 14 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















