Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşağın anası Sevinc Telman qızı Rəhimova övladının, həyat yoldaşı tərəfindən döyüldüyünü təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı, o, sosial şəbəkə hesabında paylaşım edib.
View this post on Instagram A post shared by Oxu.Az (@oxuaz) O qeyd edib ki, övladını o vəziyyətə salan şəxs Sadiq Azər oğlu Rəhimovdur.
"O mənə deyirdi ki, yetimxanada olan uşaq mənim oğlum deyil, dəyişik salıblar. Mənim əlimi-qolumu bağlamışdı.
Balamın geri qaytarılmasını istəyirəm", - deyə S.Rəhimova bildirib.
Xatırladaq ki, avqustun 27-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıblar.
Döyülən körpələrin hər iki valideyninin əqli qüsurlu olduğu bildirilir.