Atası tərəfindən vəhşicəsinə döyülən körpənin anası: Mənim əl qolumu bağlamışdı
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşağın anası Sevinc Telman qızı Rəhimova övladının, həyat yoldaşı tərəfindən döyüldüyünü təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı, o, sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, övladını o vəziyyətə salan şəxs Sadiq Azər oğlu Rəhimovdur.
"O mənə deyirdi ki, yetimxanada olan uşaq mənim oğlum deyil, dəyişik salıblar. Mənim əlimi-qolumu bağlamışdı. Balamın geri qaytarılmasını istəyirəm", - deyə S.Rəhimova bildirib.
Xatırladaq ki, avqustun 27-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıblar. Döyülən körpələrin hər iki valideyninin əqli qüsurlu olduğu bildirilir.
Körpələrin anası Sevinc Rəhimovanın üçüncü uşağına hamilə olduğu da qeyd olunur.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















