Atatürk prospektində baş verən yanğında xəsarət alan olub? RƏSMİ

16.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş verən yanğın zamanı xəsarət alan olmayıb. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

"16.11.2026-cı il tarixində saat 15:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən yanğın səbəbilə çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Xəsarət alan qeydə alınmayıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью